“Buta Airways” loukost aviaşirkəti Bakıdan Ukraynanın daha iki şəhərinə - Odessa və Xarkova birbaşa uçuşlara başlayacaq. “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata əsasən, Odessaya uçuşlar cari ilin 16 may tarixindən etibarən həftənin cümə axşamı və bazar günləri, Xarkova uçuşlar isə 3 may tarixindən etibarən çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Ukraynaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Qeyd edək ki, "Buta Airways" aviaşirkəti artıq Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir. Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür. Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur. Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür: * facebook.com/ButaAirways * instagram.com/ButaAirways * twitter.com/ButaAirways * t.me/Buta_Airways “Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək



“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
“Buta Airways” Gürcüstanın məşhur kurortuna birbaşa aviareys açır
Ankara “Buta Airways” aviaşirkətinin Türkiyədəki dördüncü istiqaməti olacaq
“Buta Airways” Bəhreynə birbaşa reys açır
"Buta Airways" İzmirə birbaşa reyslər açır - İnanılmaz qiymət
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
“Buta Airways”dən şad xəbər
Bu ölkəyə getmək istəyənlərin NƏZƏRİNƏ
"Buta Airways" aşağıbüdcəli aviaşirkəti Alanya şəhərinə reysləri bərpa edir
Azərbaycan Rusiyaya uçuşları bərpa edir
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
"Buta Airways"dən İstanbula və İzmirə getmək istəyənlərə XOŞ XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 