Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali təhsil müəssisələrinə keçirilən imtahanlarda Gəncə şəhəri üzrə 1-ci və 4-cü qruplar üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Rektor İbrahim Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəyini bir daha diqqətə çatdırıb. Bildirib ki, aqraryönümlü ixtisasların hamısı dövlət sifarişlidir. Tələbələr yüksək təhsillə yanaşı müasir standartlara cavab verən tələbə evlərində yaşayış yerləri ilə də təmin olunurlar.
Rektor İ. Cəfərov ölkə başçısının aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğı nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının ən müasir standartlara uyğun yenidən qurulması, iki tələbə evinin gənclərin istifadəsinə veriliməsi, universitetin müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunması barədə danışıb. Əlavə edib ki, aqrar sahəyə savadlı kadr hazırlamaq üçün universitetdə hər bir şərait və tam şəffaf mühit mövcuddur.
Çıxışının sonunda rektor qəbul imtahanlarında yüksək nəticə əldə edən abituriyentləri təbrik edib, onlara uğurlar arzulayıb, ixtisas seçimi zamanı reallıqlardan səmərəli və düzgün bəhrələnməyə çağırıb.
Görüşdə çıxış edən məktəb direktorları, müəllimlər, valideynlər və yüksək nəticə əldə edən abituriyentlər aqrar təhsilə diqqət və qayğısına görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.



Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə ŞAD XƏBƏR
Bütün qruplar üzrə 150 ballıq ixtisaslar - SİYAHI
Bu ixtisası seçən abituriyentlərə ŞAD XƏBƏR
ADAU Beynəlxalq Yay Məktəbi işini davam etdirir
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri – DİM açıqladı
Keçid balları yüksələ bilər – DİM rəsmisindən XƏBƏRDARLIQ
Baş nazirdən yeni qərar
Elektron kənd təsərrüfatı ilə bağlı tədbir keçirilib
Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələri üçün infotur təşkil edib
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Magistratura və rezidenturada oxuyanların təhsil haqqı müəyyənləşdi
İbrahim Cəfərova ağır itki üz verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 