Rektor İbrahim Cəfərov “Bitki mühafizəsi və ərzaq təhlükəsizliyi” mövzusunda mühazirə söyləyib.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Davamlı İnkişaf Hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbi işini davam etdirir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu gün iştirakçılara “Bitki mühafizəsi və ərzaq təhlükəsizliyi” mövzusunda mühazirə söyləyib. Rektor qeyd edib ki, 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyinin əsas hədəflərindən biri aclığın aradan qaldırılması, ərzaq təhlükəsizliyinə və normal qidalanmaya nail olunması, davamlı kənd təsərrüfatının təşviq edilməsidir. O bildirib ki, xəstəlik və zərərvericilər bitkilərin 30-32 faizinin, saxlanma prosesində isə məhsulun 10-12 faizinin yararsız hala düşməsinə səbəb olur.
Mühazirədə kartofda fitaftoroz və xərçəng, üzümdə mildium xəstələyi, buğdanın xəstəlik törədiciləri, bütövlükdə xəstəlik və zərərvericilərin ərzaq təhlükəsizliyinə təsiri, bitki mühafizəsində müasir idarəetmə metodları barədə geniş məlumatlar verilib. Mühazirənin interaktivlik dərəcəsi yüksək olub, tələbələrin suallarına ətraflı cavab verilib.
Mühazirənin sonra tələbələr aqronomluq fakültəsinin laboratoriyaları, bitki klinikası ilə tanış olublar.
Qeyd edək ki, ADAU-da keçirilən 1-ci Beynəlxalq Yay Məktəbində Azərbaycan, Belarus, Çexiya, Çin, Gürcüstan, İran, Özbəkistan, Polşa, Qazaxıstan, Rusiya, Türkiyədən 34 tələbə iştirak edir.



ADAU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb
AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirildi
Aqrar Universitetdə “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda tədbir keçirilib
Elektron kənd təsərrüfatı ilə bağlı tədbir keçirilib
Rektor xadimə ilə rəqs etdi – Tələbələr alqışladı – VİDEO
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
İbrahim Cəfərova ağır itki üz verdi
Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələri üçün infotur təşkil edib
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
Azərbaycanda ərzaq qıtlığı təhlükəsi varmı?
Bu ixtisası seçən abituriyentlərə ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 