Yaxın günlər ərzində proqnozlaşdırılan leysan yağışlarla əlaqədar yenidən ölkənin bəzi çaylarında daşqın olacağı gözlənilir.
ONN media xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
A.Verdiyevin sözlərinə görə, bu gün də daxil olmaqla, iyunun 13-dək gözlənilən yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazda çaylardan qısamüddətli daşqınların keçəcəyi gözlənilir.
Baş hidroloq qeyd edib ki, daşqınlar, əsasən, iyunun 12-də gün ərzində, iyunun 13-də gecə və səhər olacaq.
A.Verdiyev bildirib ki, hazırda ölkənin çaylarında, o cümlədən Kürdə sabit sululuq müşahidə edilir. Yaxın günlər ərzində Kürdə də suyun səviyyəsinin nisbətən artacağı gözlənilsə də, bu həmin çay üçün təhlülkə yaradan hal olmayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, rayonlarda iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.



Çaylarda SEL TƏHLÜKƏSİ
Azərbaycanda zəlzələdən sonra daha bir təbii fəlakət təhlükəsi
MÜHÜM XƏBƏRDARLIQ: İyulun 18-dək...
Hava ilə bağlı XƏBƏRDARLIQ
DİQQƏT- Bu rayonlarda sel təhlükəsi var
Hava ilə bağlı XƏBƏRDARLIQ
Daşqın və sellə bağlı xəbərdarlıq edildi
Yağıntılı hava şəraitinin nə vaxta kimi davam edəcəyi açıqlanıb
Azərbaycanda güclü yağışlar: Çaylardan sel keçdi
Kürdə suyun səviyyəsi 76 sm artdı
Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
Azərbaycanda hava sərinləşəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 