Ötən gün ərzində ölkə ərazisinə yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəhöçay çaylarında suyun səviyyəsinin artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəhöçay çayında sel hadisəsi qeydə alınıb. ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Şişçay çaylarında da suyun səviyyəsinin artımı müşahidə olunub: "Əyriçay çayında sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına axdığı üçün Qanıx çayında da suyun səviyyəsinin artımı baş verib. Qeyd edim ki, uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında suyun artmasına səbəb olub. Bu da nisbətən də olsa Kür və Qanıx çaylarına öz təsirini göstərib".
Qurum rəsmisi əlavə edib ki, iyulun 18-dək qeyri-sabit hava şəraiti davam edəcək: "Arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli yağışın intensiv olacağı gözlənilir. Nəticədə çaylarda yenidən suyun artacağı, bəzi dağ çaylarından daşqın və qısamüddətli sel keçəcəyi ehtimal olunur".MÜHÜM XƏBƏRDARLIQ: İyulun 18-dək...



Azərbaycanda güclü yağışlar: Çaylardan sel keçdi
Kürdə suyun səviyyəsi 76 sm artdı
Nazirlikdən BƏD XƏBƏR: Qanıx çayında suyun səviyyəsi...
Çaylarda son vəziyyət necədi?
Bu çaylarda suyun səviyyəsi artdı
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda suyun son vəziyyət
Çaylarda son durum
Çaylarda sululuq səviyyəsi dəyişib
Kür çayında suyun səviyyəsi artdı
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 