Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Quba rayonunun dağlıq kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib.
ONNmedia Azərtac-a istinadən xəbər verir ki, Azəravtoyol ASC-nin yerli idarəsinin canlı qüvvəsi və texnikaları Quba-İspik-Xınalıq və digər istiqamətlərdə yolları qardan təmizləsə də, sürücülər ehtiyatlı olmalıdırlar. Xüsusilə axşam saatlarında dağlıq ərazilərdəki yollardan mümkün qədər istifadə etməmək tövsiyə olunur. Saat 17:00-dan sonra bu yollarda donma müşahidə edilir.
Azəravtoyol ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, dağlıq ərazilərə güclü qarın yağması yollarda avtomobillərin hərəkətini çətinləşdirsə də, həmin istiqamətdəki kəndlərə gediş-gəlişdə məhdudiyyət yaranmayıb. Quba-İspik-Xınalıq yolunun bəzi yerlərində qar örtüyünün hündürlüyü 10 santimetrdən çoxdur.
Sahə rəisi deyib ki, 57 kilometr uzunluğundakı yolda qış günlərində nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün bir sıra qabaqlayıcı tədbirlər görülüb. Yolun eniş-yoxuşlu və sərt döngələr olan ərazilərinə səpilmək üçün qum-duz qarışığı yığılıb. Bununla yanaşı, baş verə biləcək qar uçqununun fəsadlarının dərhal aradan qaldırılması üçün ağır texnika və işçilərdən ibarət növbətçi briqadalar təyin olunub.
Hazırda Xınalıq və digər ucqar kəndlərdən rayon mərkəzinə və əks istiqamətdə nəqliyyat vasitələri maneəsiz hərəkət edir.



Xınalıq kəndinə 10 santimetrdən çox qar yağdı
Quba-Xınalıq yolu iki saat bağlı qaldı - NİYƏ?
Qubaya 16 sm qalınlığında qar yağıb — FOTO
Bu rayonlarımız qar yağdı
Bu ərazilərdə yollar buz bağlad
Bu rayonumuza qar yağdı- Faktiki hava
Qar hansı yolları bağlayıb? - AÇIQLAMA
Bu ərazilərimizə 14 sm qar yağdı
Bu yollara güclü QAR YAĞIR, 20 dərəcə ŞAXTA VAR - RƏSMİ
Qubaya qar yağır
Bu yolları qar-buz tutdu, hərəkət çətinləşdi
Şamaxıya gedən sürücülərin NƏZƏRİNƏ - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 