Qubada gündüz saatlarından etibarən əsməyə başlayan güclü külək günün ikinci yarısından dağlarda və rayonun özündə qar ilə müşayiət olunmağa başlayıb.
ONN media "Report"a istinadən xəbər verir ki, hazırda Xınalıq kəndində yerə düşən qarın hündürlüyü 16 sm-ə çatıb.
Yağan qar Quba-Xınalıq yolunda çətinlik yaratmayıb. Yol hələlik açıq olsa da, səhər saatlarında təhlükəli olacağından ehtiyat edilir. Sulu qarın yollarda qar uçqunları əmələ gətirə biləcəyi bildirilir.
Rayonun Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov "Report"a açıqlamasında sürücülərə xitabən bildirib ki, martın 31-də Qubadan Xınalıq istiqamətinə və əks tərəfə gedib-gələrkən diqqətli olmaq lazımdır.
"Bu yolda qəza riski qaçılmazdır. Xınalıq yolunda hər an qar uçqunları ola bilər", - deyə o əlavə edib.
Quba-Qonaqkənd istiqamətinə gedən yollara da qarın yağması çətinliklər yaratmayıb. Rayonun ucqar Xaltan və Buduq kəndlərinə də güclü qar yağır, burda nəqliyyatın və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.



Xınalıq kəndinə 10 santimetrdən çox qar yağdı
Qubaya qar yağır
Bu ərazilərimizə 14 sm qar yağdı
Sürücülərin nəzərinə: Bu yollar donacaq
Azərbaycana ilk qar yağdı
Prezidentdən ŞOK- Məni öldürmək istədilər
Qubaya 55 sm qar yağdı
Bu kəndlərə güclü qar yağdı: yollar bağlandı
Bu rayonlarımız qar yağdı
DİQQƏT: Quba-Xınalıq yolu bağlandı — RƏSMİ
Quba-Xınalıq yolu iki saat bağlı qaldı - NİYƏ?
Bu rayonumuza qar yağdı- Faktiki hava
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 