Futbol üzrə 2018-ci il Dünya Çempionatının Azərbaycanda əsas yayımcısı İctimai Televiziya olacaq. Əldə olunan razılığa görə, iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 stadionundan yayımlanacaq matçlar ən geniş həcmdə məhz İTV-də retranslayasiya olunacaq.
ONN media xəbər verir ki, hər nümayiş olunacaq matçdan öncə isə tamaşaçılara #BOLFUTBOL verilişi göstəriləcək.
Kənan Hakimov, Sevinc Eminzadə və Elnur Əliyevin aparacağı bu verilişdə tamaşaçılar çempionatın bütün təfərrüatlarını öyrənəcək, yarışın statistikası ilə tanış olacaq, yerli və xarici ekspertlərin rəyini görəcək, o cümlədən, Azərbaycanda, çempionatın keçirildiyi Rusiyada, həmçinin Avropanın iri paytaxt şəhərlərində azarkeşlərin həyəcanını paylaşacaqlar.
Çempionatın bütün matçları 37 kamera ilə Ultra HD keyfiyyətində çəkiləcək və həcmli səs effektləri ilə göstəriləcək. İzləyicilər yayım sənayəsinin ən son yenilikləri sayəsində çempionatı fərqli forma və üslubda izləyə biləcəklər.
Azərbaycan tamaşaçıları çempionatın təntənəli açılış mərasiminə iyunun 14-ü saat 18:30-da, ilk matça, Rusiya və Səudiyyə Ərəbistanı komandalarının qarşılaşmasına isə saat 19.00-da baxa bilərlər.
Oyunları tamaşaçılara ölkənin ən məşhur şərhçiləri - İTV və CBC Sport kanallarının əməkdaşları təqdim edəcək.



Avropada kritik toplantı
Dünya çempionatının kuboku prezidentə təqdim edildi
Avro-2020-nin yayım hüququ bu kanala verildi
Qurban Qurbanov vəziyyətlə bağlı açıqlama verdi
FİFA “DÇ-2018”dən nə qədər qazanacaq?
Avropa Liqası finalı üçün 40-dan çox çarter reysi təşkil ediləcək
Dünya çempionu məlum oldu
UEFA futbol üzrə dünya çempionatını boykot edə bilər
David Lappartyen: İlham Əliyevlə görüşmək böyük şərəfdir
Güləş üzrə ilk yerli yarış keçiriləcək
Bu istiqamətlərdə ekspres xətlər işləyəcək
Avrokubok oyunlarını bu kanallar yayımlayacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 