ONN media xəbər verir ki,4-10 İyun tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən “OKSEF-2018 (http://www.okseef.org/eng/biologyf.php) məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiadasında Avropa Azərbaycan Məktəbinin (EAS) biologiya müəllimləri Elvin Abdullayev və Mələk Əzizova və məktəbin 10-cu sinif şagirdləri Ülvi Cabbarov, Samir Məmmədov, Yasəmən Həsənzadə və Fuad Xasıyev iştirak ediblər. Müsabiqəyə 60 layihə ilə dünyanın 38 ölkəsindən 120 iştirakçı qatılıb. İştirakçılar hazırladıqları layihə, çıxışları, poster və şifahi təqdimatlarına görə qiymətləndiriliblər. Qiymətləndirmə üzrə hər kateqoriyada dörd beynəlxalq ekspert iştirak edib. Yekunda qaliblər diplom, medal, sertifikat və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Biologiya kateqoriyası üzrə Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdləri Ülvi Cabbarov və Fuad Xasıyev qızıl, Samir Məmmədov və Yasəmən Həsənzadə bürünc medallara layiq görülüblər.
Müsabiqə müxtəlif adlar altında ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və sair ölkələrdə keçirilir.13 ildir keçirilən beynəlxlaq olimpiadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, elmi və mədəni mübadilə etmək üçün bütün dünyada eyni yaş qrupundan gəncləri bir araya gətirmək və onların yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarətdir.



Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada növbəti uğuru
Azərbaycanlı şagird İsraildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazandı
Nazir: Azərbaycan millisi tarixi uğura imza atıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl və 1 bürünc medal qazanıblar
Gəncədə Qərb Regionu üzrə "Nəsimi 650" adlı şagirdlər arasında Yay Məktəbi baş tutub
Cüdoçularımızdan daha bir uğur
AMEA Mərkəzi Nəbatat Bağı Nazarbayev məktəbinin şagirdləri üçün vebinar təşkil edib
Təhsil Nazirliyi dərsliklərlə bağlı xarici şirkətlə əməkdaşlığa başladı
Bakı Elm Olimpiadası keçiriləcək
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli açıqlandı
Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib
Məktəblilərimiz Fransadan 42 medalla qayıtdılar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 