Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadası keçiriləcək.
İdarədən verilən xəbərə görə, Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.
Olimpiada VIII, IX, X sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq. Olimpiadanın I mərhələsində (30 aprel) iştirak edəcək komandalar 15 aprel 2022-ci il tarixinədək elektron qeydiyyatdan (//forms.gle/XKgs7YLWJnR5o2Fk9) keçə bilərlər. Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsində (25-26 may) iştirak üçün vəsiqə qazanacaq.
Olimpiadanın əsasnaməsinə uyğun olaraq, I mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.
I mərhələdə test tapşırıqlarının hər birinin doğru cavablandırılması mərhələsində isə hər bir qapalı tipli tapşırıq 2 bal olmaqla ümumilikdə 30 balla, açıq tipli tapşırıqlar da 30 balla qiymətləndiriləcək. Təcrübə işinin qiymətləndirilməsi isə ümumilikdə 40 ballıq sistemlə aparılır. Ən çox bal toplayan ilk 3 komanda qalib hesab olunacaq. Qaliblər Təşkilat komitəsi tərəfindən təyin olunmuş mütəxəssilərdən ibarət Ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.



Türk İnteqrasiya Olimpiadası keçiriləcək
Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib
Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada növbəti uğuru
Respublika fənn olimpiadalarının - ilk mərhələsi keçirilib
Robototexnika olimpiadasının final yarışları keçirilib - "Western Caspian"da
Azərbaycanlı şagird İsraildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazandı
Valideynlərin nəzərinə: CƏMİ 6 GÜN QALDI
Bakıda I sinfə qəbulla bağlı YENİLİK
Bu məktəbin bir sinifindən BÖYÜK UĞUR
Azərbaycan təhsilinin növbəti uğuru
DİQQƏT- Tarixlər açıqlandı
Məktəb komandaları arasında intellektual oyunu keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 