ONN media Reporta istinadən xəbər verir ki, uşaq cərrahı Leyla Əhmədova üzündən zədə alan Sara İsmayılovanı müayinə etdiyini bildirib.
Həkim körpənin üzündəki xəsarətin dişləmə zamanı yarandığını və hansısa başqa zədə izinin olmadığını deyib: "Müayinə nəticəsində hər hansısa bir yanıq izi və dağ basma xəsarəti görünməyib. Dişləmə zamanı yaranmış xəsarətdir. Uşağa yardım göstərilib və evə buraxılıb".
31 saylı uşaq bağçasının müdiri Günay İsmayılova isə hadisəni ictimailəşdirdiyinə görə S.İsmayılovanın valideynlərini qınayıb: "Onun sosial şəbəkələrdə yaydığı məlumat isə düzgün deyil. Yəqin ki, əsəbi halda həmin xəbəri paylaşıb. Valideyin də bununla bağlı təkzib paylaşacaq".
Onun sözlərinə görə, körpə S.İsmayılovanın üzünü digər körpə Əliyev Hüseyn Cəmil oğlu dişləyib. Müdir qeyd edib ki, körpələr evinin tibb bacısı uşağa ilkin olaraq su ilə kompres qoymuş, sonra uşaq xəstəxanaya aparılıb: "Saraya orda ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Körpələr evinin tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı, sanitar və bağçanın sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı isə işdə buraxdıqları səhlənkarlığa görə işdən azad edilib. Uşağın valideyni ilə münasibətimiz yaxşıdır. Onun sosial şəbəkələrdə yaydığı məlumat isə düzgün deyil. Əsəbi halda olaraq yazıb yaqin ki, valideyində təkzib paylaşacaq bununla bağlı."
Qeyd edək ki, sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Sara İsmayılova adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb.
Hadisəyə görə bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən çıxarılıblar.
Bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.



Bu uşaq bağçalarında ciddi nöqsanlar aşkarlandı
Bakıda valideyn uşaq evinin tərbiyəçisini döydü
Azərbaycanda İLK DƏFƏ: yeni doğulmuş körpə üzərində...
Prezidentlə xanımı Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında
Ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlandı
Küçədə tapılan körpənin vəziyyəti necədir?
1 aylıq körpə koronaya qalib gəldi, həkimlər alqışladı
Ürək, mədə sağda, qaraciyəri isə solda... - Nadir xəstəlikli uşaq doğuldu
Uşaqlarda yuxu probleminin SƏBƏBLƏRİ
Doğum evinin tibb bacısı 17 körpəni öldürüb - ŞOK
İki başlı körpə doğuldu — FOTO
Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapdılar - FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 