Ötən il yerli mediada milliyətcə erməni biznesmenin Azərbaycanda iş quracağl barədə xəbərlər yayıldı. Məlumatda bildirilirdi ki, Tiqran Xudaverdiyanın “Yandeks.Taksi” şirkətinin ölkəmizdə nümayəndəliyi yaradılır. Bu baxımdan ONN media Minval.info-nun apardığı araşdırmanı öz oxucularına olduğu kimi çatdırır.
2017-ci ilin iyul ayında “Yandeks” və “Uber” şirkətlərinin Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn taksi sifarişi üzrə xidmətlər və biznesin birləşdirilməsi barədə sazişin imzalandığı deyildi. Bu barədə qonşu ölkənin nüfuzlu mediası məlumat dərc etdi.
Minval.info-ya daxil olan bilgiyə görə, artıq bir həftədir ki, sözügedən şirkətlər Azərbaycanda birgə fəaliyyət göstərir. “Uber”də çalışan taksi sürücüləri “Yandeks” üçün işləməyə başlayıb. Onlar isə Tiqran Xudaverdiyanın rəhbərlik etdiyi şirkətdə çalışmaqdan məmnun deyillər.
Bununla Azərbaycan bazarına daxil olan erməni əsilli sahibkar ölkəmizdən gəlir əldə edir.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev məsələ ilə bağlı minval.infoya açıqlama verib.
“Əvvəla onu bildirim ki, bu məsələ ilə bağlı hələ ilin əvvəlində biz öz mövqeyimizi açıqlamışdıq. İndi bir daha həmin mövqeyimizdə qaldığımızı bildirmək istərdim. Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa, o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır”.
Mais bəy bir daha qeyd edib ki, ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür və toxunulmazdır:” “Uber” və digər sifarişli taksi xidməti göstərən şirkətlərin qeydiyyatı Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, müvafiq dövlət qurumu tərəfindən aparılır. Agentlik yalnız həmin şirkətlərlə əməkdaşlıq edən sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanının verilməsini təmin edir”.
Qurum sözçüsü həmçinin bildirib ki, insanlarımız bir qədər məsələyə həssas və ya vətəndaşlıq mövqeyindən yanaşmalıdır: “Əgər bir şirkət hansı ki, onun erməni əsilli kiminləsə əlaqəsi varsa onun göstərmiş olduğu mal və xidmətlərdən imtina etməlidir. Biz sürücülərə tövsiyyə edirik ki, “Uber”lə əməkdaşlıq etməsinlər. Təbii ki, əgər iddia edilən fakt doğrudursa”.



Uber taksiləri qadağan edildi
Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq?
“Uber” və “Bolt”un daha 11 sürücüsü narkokuryerlik etdikləri üçün saxlanılıb
"Uber" istifadəçilərinə ŞAD XƏBƏR - Kartla...
“Uber” çay daşımaları ilə məşğul olacaq
“Uber” və “Bolt”un xanımlara sataşan sürücüləri saxlanıldı
Minskdə rus şirkətinə SİLAHLI BASQIN
Taksi sürücüləri ilə bağlı YENİ TƏLƏB
Azərbaycanda bu taksi şirkəti bağlandı
Məşhur taksi şirkəti fəaliyyətini dayandırdı
Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur
Taksidə qazla işləyən maşınlara icazə veriləcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 