"Bakı Metropoliteni" müvəqqəti ehtiyaclarını ödəyəcək enerji mənbələri üzərində iş aparılacaq.
ONN media xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsini qaldırıb və qısa müddət ərzində bununla bağlı təkliflərin hazırlanmasını ciddi tapşırıq kimi müəyyən edib.Bununla əlaqədar "Bakı Metropoliteni" QSC-də müvafiq işlərə başlanılıb.
"Təkliflər və görüləcək tədbirlərlə bağlı məsələlər müvafiq dövlət strukturlarının, o cümlədən ölkənin və paytaxtın enerji sektoruna məsul sahələrin rəhbər və mütəxəssis heyəti ilə müzakirəsinə çıxarılacaq. Qarşılıqlı fikir mübadiləsi, müzakirələrə və təkliflərə baxılaraq, ümumi konsepsiyanın işlənməsi istiqamətində işlər görüləcək. "Bakı Metropoliteni"nin perspektiv inkişaf sxeminə uyğun olaraq, yeni xətlərin inşası zamanı bu məsələlər xüsusi nəzərə alınıb. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyasının inşası da aparılır. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, bütün su xaric qurğularının, bir sözlə, yeni xəttin ilk 3 stansiyasının infrastruktrunun tələb olunan minmal enerji təminatını ödəyəcək.Ümumiyyətlə, layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq yarımstansiyada qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə də, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq".
Məlumatda bildirilir ki, Sovet dövründə fövqəladə hal, xüsusən də elektrik enerjisinin verilişi kəsildiyi halda, qatarların tunellərdən çıxarılması məqsədilə metropolitenin ehtiyat enerji mənbəyi ilə təmin edilməsi nəzərdə tutulmayıb:
"Stansiya və tunellərin qəza işıqlandırılması, həmçinin dispetçer strukturlarının işinin təşkili Bakı metropoliteni yarımstansiyalarında quraşdırılmış akkumulyatorlar vasitəsilə təmin edilir. Lakin xüsusi hallarda metropolitenin ehtiyat elektrik təchizatı mənbəsi ilə təmin edilməsi, dövlət rəhbərinin qeyd etdiyi kimi, mühüm, həm də xüsusi yanaşma tələb edən geniş məsələdir. Onu qeyd etmək kifayətdir ki, metropolitenin elektrotexniki avadanlıq və qurğuları müxtəlif gücə malik 220 transformatorla təmin edilir və bu da aylıq 12 milyon kV/saat təşkil edir.
Əlbəttə, elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə həlli mümkün olmayan məsələ yoxdur. Məsələnin bir neçə həll istiqaməti var. Ölkənin və paytaxtın elektrik enerjisi ilə təchizatı sistemi ilə bağlı dövlət siyasətini həyata keçirən bu sənaye sahəsini aparıcı qurumlarla sıx əməkdaşlıq, qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində qarşıya qoyulmuş vəzifələrin həlli ilə bağlı təkliflər hazırlanacaq.
Artıq "Bakı Metropoliteni" QSC-də bununla əlaqədar mühüm işlərin görülməsinə, bütün ehtiyacları nəzərə alan təkliflərin müzakirəyə çıxarılması istiqamətində işlərə başlanılıb".



Metropolitendən MÜHÜM ADDIM
Bakı metrosunun stansiyalarında iş vaxtı artırılacaq
Metroda YENİLİK OLACAQ
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Azərbaycan və İsrail arasında müzakirə
Prezident göstərişi: qatarlar daha tuneldə qalmayacaq
Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA
İlham Əliyev: “Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləmək niyyətindəyik”
İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
Metroda "yanğın": FHN-çilər "hadisə" yerində
Əli Əsədov qərar imzaladı
İlham Əliyev Fatih Birolla görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 