Noyabr ayının 25-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
Bu barədə "QSC-dən məlumat verilib.
Bildirilir ki, Klubun müraciəti və oyuna marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişik edib. Bununla əlaqədar olaraq, oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, habelə “Nəriman Nərimanov” və “28 May” stansiyaları noyabr ayının 25-dən 26-na keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Sərnişinlər mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
Futbol oyununun başlanma vaxtı ərəfəsində “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Stansiyanın yerləşdiyi ərazidə keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə müvafiq işlər görüləcək.
Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirləri görüləcək.
Konfrans liqasının qrup mərhələsində uğur qazanaraq, Azərbaycan futbolu tarixində ilk dəfə UEFA miqyaslı yüksək reytinqli klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ” futbol klubuna parlaq qələbələrlə yeni-yeni mərhələlər və nailiyyətlər arzulayırıq.



Metronun iş rejimində dəyişiklik edilib
Bakı metrosunda iş rejimi dəyişir
Bu tarixdə metro 1 saat artıq işləyəcək
Bu metrostansiyası ilə bağlı XƏBƏR VAR
Sabah metronun bu 3 stansiyasında dəyişiklik olacaq
Bakı metrosu sabah 1 saat artıq işləyəcək
Bakı metropoliteni bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Sabah metro gücləndirilmiş iş rejimində işləyəcək
Bakı metrosu bu gün gücləndirilmiş rejimdə çalışacaq
İki stansiya sabah gücləndirilmiş rejimdə işləyəcək
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı metrosu bu saata kimi işləyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 