Havaların kəskin istiləşməsi böyüklərdən çox, uşaqların səhhətinə mənfi təsir göstərir. Uşaqlar küçədə oynamağa həvəsli olduqlarına görə onların günəşin təsirinə daha çox məruz qaldıqlarını deyə bilərik.
Bəs uşaqları belə isti havalarda günvurmadan necə qoruyaq?
ONN media bildirir ki, günəşli havaları nəzərə alaraq valideynlər uşaqları səhər saat 11-dən 17:00-dək küçəyə buraxmamalıdırlar. Əgər balacaları çölə çıxarmaq məcburiyyətində qalsalar, mütləq uşağın başına papaq qoymalı və ya çətir tutmalıdırlar. Bundan başqa, əyinə yapışmayan, sintetik olmayan geyimlərə üstünlük verilməsi tövsiyə olunur.
Uşaqlara bol maye, ayran, faydalı qidalar verilməlidir. Mütəxəssislərin fikrincə, belə isti günlərdə uşaqlara davamlı olaraq çay və şirin çay verilməsi düzgün deyil. Bunun əvəzinə adi su vermək lazımdır.
Uşaqları istidən qorumağın ən gözəl yollarından biri də onları gün ərzində tez-tez çimizdirməkdir. Gündə 2 dəfə günün isti saatlarında çimizdirmək daha məsləhətdir.
Belə havalarda uşaqlara yağlı və ağır qidalar vermək doğru deyil. Uşaqlar yüngül qidalanmalı, bol vitaminli, asan həzm olunan yeməklər yeməlidir.
Əgər uşağınızda qusma, başağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə, iştahasızlıq müşahidə etmisinizsə, bu, günvurmanın əlamətlərdir. İlk yardım üçün uşağa duş aldırmaq, sərin yerə aparmaq və simptomlara görə qızdırma varsa, qızdırmanı düşürmək lazımdır, belə hallarda təcili yardım çağırmaq mütləqdir.
İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etmək lazımdır ki, bayırdan evə girərkən havanın temperaturu birdən-birə aşağı düşdüyü üçün orqanizmə pis təsir etməsin. Evdə temperatur 24-25-dən aşağı olmamalıdır



Pediatrdan təklif: Uşaqları küçəyə çıxarın
Günvurmadan necə qorunaq? - MƏSLƏHƏTLƏR
Uşaqları döyməklə tərbiyə etmək olur? - VİDEO
Azərbaycan uşaqları üçün xüsusi inkişaf cədvəlləri hazırlandı
Uşaqların da tibbi maskalardan istifadə etməsi vacibdir - VİDEO
Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir
Günvurma beyin zədələnməsinə səbəb ola bilər
Bu ailələrin uşaqları bağçaya ilk qəbul olunacaqlar - SİYAHI
Nə edim ki, uşaq xəstələnməsin? Pediatrdan 7 MƏSLƏHƏT
Meyvə-tərəvəzlər 20 dəqiqə suyun içində saxlayın, əti bişirməzdən əvvəl yumayın... - Mütəxəssisin tövsiyələri
Analar DİQQƏTLİ olun-Əmziyin zərəri
Necə edək ki, sərinləyək, amma xəstələnməyək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 