Bakı şəhəri üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu zamanı bəzi ailələr imtiyaz qruplarına daxil ediləcəklər. ONN media xəbər verir ki, yaxın günlərdə elektron qəbul sistemi işə düşdükdən sonra uşaqların bağçalara qəbulu zamanı bəzi ailələrin uşaqları, imtiyazları təsdiq olunduğu halda, bağçalara ilk növbədə qəbul olunacaqlar. Bunların sırasına şəhidlərin, Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, tək işləyən valideynlərin, 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan şəxslərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrin uşaqları və qəyyumluqda olan uşaqlar daxildir. Qeyd edək ki, elektron qəbul sayəsində bağçalara uşaqların qəbul prosesinin şəffaflığını və keyfiyyətini təkmilləşdirmək, həmçinin bütün uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsil almaq hüququnu təmin etmək nəzərdə tutulur. Bağçalara elektron qəbul Azərbaycanda ilk dəfə həyata keçiriləcək. Bundan öncə isə 1-ci siniflərə qəbulun elektron qaydada həyata keçirilməsi başlanılıb.baku.vs
Bu ailələrin uşaqları bağçaya ilk qəbul olunacaqlar - SİYAHI



Bu uşaqlara İMTİYAZLAR verilə bilər
Bağçalara uşaqların elektron qəbulu başlayır — Azərbaycanda İLK DƏFƏ
DİQQƏT- Bağçalar üçün qeydiyyat başladı
Bağçalara növbəyə yazılma DAYANDIRILIR
Valideynlərin NƏZƏRİNƏ- Proses başladı
Yanvarın 17-də uşaqları bağçalara aparmayın! - RƏSMİ XƏBƏRDARLIQ
Uşaq bağçalarına qəbul üçün qeydiyyat gələn həftədən başlayır
Övladı birinci sinifə gedəcək şəxslərin NƏZƏRİNƏ
Bağçalara müəllim seçimi bu qaydada olacaq
Sabahdan paytaxtın uşaq bağçaları elektron qaydada qəbula keçir
Uşaq bağçalarına qəbulla bağlı YENİLİK
Azərbaycanda yeni təhsil müəssisələri yaradılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 