Azərbaycanla Almaniya ətraf mühitin qorunması istiqamətində əməkdaşlığı davam etdirirlər
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Almaniya Federativ Respublikasının Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında anlaşma memorandumu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media-ya verilən məlumata görə, 3 il müddətinə imzalanmış memorandum Almaniya Hökumətinin həyata keçirdiyi "Cənubi Qafqazda təbii resursların idarə olunması və kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi" layihəsinin icraya başlanması ilə qüvvəyə minəcək.
Memorandumun məqsədi torpaqdan əsas istifadə sistemi olaraq kənd təsərrüfatına xüsusi diqqət yetirilməsi, təbii resursların səmərəli və davamlı idarə edilməsinin gücləndirilməsi, biomüxtəlifliyin və regionda mühüm ekosistem xidmətlərinin qorunmasıdır. Anlaşma ilə tərəflər “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yer alan ətraf mühitin qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində əlaqələrin qurulmasına zəmin yaradıblar.
“Bu memorandum bizə dünyanın ən inkişaf etmiş ölkələrindən birinin – Almaniya Federativ Respublikasının təcrübəsini kəndlinin ən böyük neməti olan torpağın qorunması üçün istifadə etmək imkanı verəcək. Dövlət Xidməti və GİZ məlumat bazalarının strukturunun, istifadəsinin və məzmununun konsolidasiyası, aqrobiomüxtəliflik və ətraf mühitin qorunması istiqamətində birgə sosial-iqtisadi tədqiqatların aparılması, mövcud normativ sənədlərin qiymətləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması və başqa bu kimi fəaliyyətlərdə birgəlik nümayiş etdirə biləcək”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.
GIZ-in proqram direktoru deyib ki, Anlaşma Memorandumunun imzalanması ilə ətraf mühit sahəsində mövcud olan uzunmüddətli Almaniya-Azərbaycan əməkdaşlığı davam etdiriləcək: “Almaniya Federativ Respublikasının Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi kənd təsərrüfatının və otlaqların davamlı və biomüxtəliflik yönümlü inkişafı üçün 3 illik layihənin dəstəklənməsinə öz razılığını verib. GİZ təşkilatı Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu layihəni Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin tapşırığı ilə icra edəcək. Layihə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ətraf mühit mövzularının əhəmiyyəti baxımından hüquqi çərçivənin təkmilləşdirilməsini, aktual məlumatların verilməsini, kənd yerlərində pilot tədbirlərin icrasını və mütəxəssislərin təlimi və təkmilləşdirilməsini, həmçinin ictimaiyyətlə işi dəstəkləyir”.



Azərbaycanla Rusiya arasında altı sənəd imzalanıb
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Azərbaycan-Belarus sənədləri imzalandı
İlham Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüşüb
Azərbaycan-Türkmənistan sənədləri imzalandı
Baş nazirdən yeni qərar
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
Azərbaycan və Macarıstan arasında sənədlər imzalandı
Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb
Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
Azərbaycan və Qırğızıstan arasında sənədlər imzalandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 