Mirzə Əliyev: “Toxum və ting istehsalının təşviqi istiqamətində addımlar atılacaq”
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə ölkədə özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaq və onları ümumi məqsədlərinə çatmaq üçün təşkilatlandırmaqdır. Müşavirədə özəl toxumçularla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı/Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev tədbiri açaraq, ölkədə toxumçuluq və tingçiliyin inkişafının, fermerlərin yerli toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində mühüm addımlardan olduğunu bildirib. Bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənildiyini təəssüflə qeyd edən xidmət rəisi Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxum sektorunun inkişafının strateji hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb.
“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və başqa bu kimi addımların atılması gözlənilir”- deyə Mirzə Əliyev bildirib.
O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mirzə Əliyev əlavə edib ki, istər Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, istərsə də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı və BMT İnkişaf Proqramı ilə yeni icraya başlanan “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihələri üzrə bir sıra işlər görülüb.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum təmizləmə xətlərinin alındığını bildirib.
Tədbir beynəlxalq təşkilatların nümayəndələri və özəl toxumçuların çıxışlarından sonra müzakirələr formasında davam edib.



Kənd Təsərrufatı Nazirliyində YENİLİK
Baş nazirdən yeni qərar
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
Şamaxıda AMAL layihəsinin təqdimatı olub
Fermerlərə ŞAD XƏBƏR
Dövlət Xidməti ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb
Baş nazir sərəncam imzaladı
Aqrar Xidmətlər Agentliyindən bu fermerlərə MÜRACİƏT
Qubada AEİMM direktorunun iştirakı ilə fermer və mütəxəssislər üçün təlim keçirilib
“Aqrolizinq”in adı dəyişdirilir - FƏRMAN
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 