Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə bir qrup polis əməkdaşının və iyulun 10-da Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş iki polis zabitinin (ölümündən sonra) təltif edildikləri dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
ONN media xəbər verir ki, əvvəlcə nazir Ramil Usubov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki zabitin - İlqar Balakişiyevin və Səməd Abbasovun təltif edildikləri "Azərbaycan Bayrağı" ordenlərini Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən mərhumların övladlarına təqdim edib, onlara atalarının qəhrəmanlıq yolunu gələcəkdə davam etdirməyi, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb.
Sonra Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində dövlət başçısının təltif etdiyi bir qrup əməkdaşa yüksək mükafatlar təqdim edilib.
Nazir R. Usubov şəxsi heyətin gərgin və fədakar əməyini hər zaman yüksək qiymətləndirdiyinə, xüsusən iyulun 10-da Gəncə şəhərində qəhrəmanlıqla həlak olmuş iki əməkdaşı təltif etdiyinə görə ölkə prezidentinə bir daha dərin təşəkkürünü bildirib, bu ali diqqət və qayğının daxili işlər orqanlarının bütün əməkdaşlarının ruh yüksəkliyinə səbəb olduğunu, onların üzərinə əlavə məsuliyyət qoyduğunu vurğulayıb, bütövlükdə Azərbaycan Polisinin qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, Vətənə, xalqa və prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.



İlham Əliyev sərəncam imzaladı
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Şəhidimiz medalla təltif edildi
Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin məlumatı
Gəncə hadisələri ilə bağlı 9 nəfər həbs olunub - RƏSMİ
İlham Əliyev bu hərbçiləri təltif etdi
Prezident şəhid jurnalistlərlə bağlı sərəncam imzaladı
Şəhid İlqar Mirzəyevin ailəsinə medal təqdim edildi
Ramil Usubov generalları təltif etdi — SIYAHI
Xoşbəxt Yusifzadə təltif edildi
Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 