Noyabrın 30-da Ədliyyə Nazirliyində Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçilərinə təltiflərin təqdim olunması mərasimi keçirilib.
ONN media -ya Nazirlikdən verilən məlumata görə, mərasim peşə bayramını ədliyyə işçilərinə bəxş etmiş ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb.
Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsini, ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, demokratik hüquqi dövlət quruculuğunda nailiyyətləri vurğulayıb, Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdən danışıb.
Bildirilib ki, bu münasibətlə "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib, bayram ərəfəsində ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən "Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda" adlı xüsusi kitab, müxtəlif dillərdə digər nəşrlər və maarifləndirici vəsaitlər hazırlanıb, nazirliyin bütün struktur qurumlarında silsilə tədbirlər keçirilib. Bakıda bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin, beynəlxalq təşkilatların və ölkəmizin aidiyyəti dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə yubileyə həsr olunmuş "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" mövzusunda beynəlxalq konfrans və qəbul təşkil olunub.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yubiley münasibətilə ədliyyə işçilərinə və hakimlərə təbrik müraciəti, məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə böyük bir qrup ədliyyə işçisi və hakimləri orden və medallara, fəxri adlara, ali xüsusi rütbələrə layiq bilməsi peşə bayramını və yubileyi xüsusilə əlamətdar edib, yüksək ehtiram və minnətdarlıq hissləri doğurmaqla, hər bir ədliyyə işçisini daha əzmlə çalışmağa səfərbər edib.
Tədbirdə ölkə Prezidentinin sərəncamları ilə orden və medallar, fəxri adlarla təltif olunmuş ədliyyə işçilərinə nazir F.Məmmədov tərəfindən həmin təltiflər təntənəli təqdim olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti adından "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalına, habelə digər təltiflərə layiq görülən əməkdaşlara həmin mükafatlar təqdim edilib.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, onlara göstərilən bu böyük etimadı bundan sonra da doğruldacaqlarını, sədaqət və əzmlə çalışaraq demokratik hüquqi dövlət quruculuğu prosesində əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.



Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda konfrans keçirilib
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
Ədliyyə naziri Balakən rayonunda vətəndaşları qəbul etdi
İlham Əliyev onları təbrik etdi
Nazir Kürdəmirdə vətəndaşları qəbul etdi
Ədliyyə orqanlarına qulluğa qəbul olan gənclərlə görüş olub
Ədliyyə Akademiyasında iqtisadiyyatın inkişafında hüququn roluna dair beynəlxalq konfrans keçirilib
Nazir Xaçmazda vətəndaşları qəbul etdi
Azərbaycan və Belarus Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Ədliyyə Nazirliyində növbəti konfrans keçirilib
Ədliyyə naziri Ağdaşda vətəndaşları qəbul edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 