ONN media xəbər verir ki, bu il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yarası almış baş çavuş Kurupov Ramazan Məmməd oğlu sağalıb.
Çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edilib və hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır. Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını ona təqdim edib.
Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.



Azərbaycan-İran sərhədində atışma - Bir sərhədçimiz şəhid olub
SON DƏQİQƏ - İranla sərhəddə atışma - bir hərbçimiz həlak oldu
Elçin Quliyev Gürcüstan sərhəddində
Şəhidimiz medalla təltif edildi
Elçin Quliyev Ermənistanla sərhəddə
Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - FOTO
İranla sərhəddə atışma - əsgərimiz yaralandı
Şəhid hərbçimiz dəfn olundu
DSX məlumat yaydı: Üç hərbçimiz HƏLAK OLDU
Elçin Quliyev Ermənistanla sərhəddə
SON DƏQİQƏ: Hərbçimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 