Qəbul zamanı 60-dan çox vətəndaşı müraciəti dinlənilib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 20-də Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir İnam Kərimov və rayon icra hakimiyyətinin başçısı Asif Ağayev ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Nazir İnam Kərimov daha sonra vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 60 vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Nazir İnam Kərimov Yevlax şəhərində sakinlərlə görüşüb
İnam Kərimov Masallıda vətəndaşları qəbul edib
Nazir Tərtərdə vətandaşları qəbul etdi - 43 nəfərin müraciətinə baxılıb
İnam Kərimov vətəndaşları qəbul edəcək
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
Yeni nazir Cocuq Mərcanlıda
Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan sakinlərinin DİQQƏTİNƏ
Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edib
İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
İnam Kərimov Şəki rayonunda vətandaşlarla görüşəcək
Kərimov vəzifəsindən AZAD EDİLDİ
Prezidentdən İnam Kərimovla bağlı - Sərəncam
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 