ONN media xəbər verir ki, ölkə iqtisadiyyatının inkişafında və vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rol oynayan notariat orqanlarının fəaliyyəti təkmilləşdirilir, onların səlahiyyətləri genişləndirilir.
Beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur, həmçinin notariat kontorlarını vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi istifadəyə verilib ki, bununla da notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib.
Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq Azərbaycanın nailiyyətləri nümunəvi qiymətləndirilir, bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər.
Notariat fəaliyyətinin daha səmərəli təşkili, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.
Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, ictimai xidmətlərin müasir modeli olan "ASAN xidmət" mərkəzlərində notariat sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin 40 faizdən çoxu məhz notariat orqanlarının payına düşür.
Yüksək vətəndaş məmnunluğu doğuran, paytaxtda və bölgələrdə fəaliyyət göstərən "ASAN xidmət" şəbəkəsi genişləndirilərək Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında da yeni mərkəzlərin təsis edilməsi nəzərdə tutulur.
Ədliyyə Nazirliyi tərəfindən həmin mərkəzlərdə təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan və Yevlax rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən "Notariat haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün sənədlərin qəbulu elan olunur.
Test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2018-ci ilin avqust ayının 1-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.
Xatırladırıq ki, "Notariat haqqında" Qanunun və "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq test imtahanından uğur qazanmış namizədlər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Müsahibəni müvəffəqiyyətlə başa vuranlar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin, notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.
Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.
Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcəkdir.



Notariat sahəsində islahatlara beynəlxalq maraq artır
Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib
Azərbaycanda yeni qurum yaradıldı
Əli Əsədovdan növbəti mühüm qərar
Ədliyyə Nazirliyində “açıq qapı” günü keçirildi
Uşaqlar onlayn qaydada PASPORT ALA BİLƏCƏKLƏR
Notariat fəaliyyəti dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun müasirləşir
Notariat hərəkətlərinin aparılmasına görə iki halda dövlət rüsumu ödənilməyəcək
Əli Əsədov qərar imzaladı
Ədliyyə orqanlarında vətəndaşlara xidmət səviyyəsi yüksəlir
Notariusların fəaliyyətinə dair geniş müşavirə keçirilib
Mənzil alıb satanlara şad xəbər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 