Azərbaycan dilinə yeni daxil olan daha 2 650 söz müəyyən edilib.
Bunu ONN media-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib:
"İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur".
Komissiyanın sədr müavini əlavə edib ki, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib.
O, yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də söyləyib.
Onun sözlərinə görə, dilçi alimlər tərəfindən son 3 il ərzində Azərbaycan dilinə 5 150 yeni sözün daxil olduğu müəyyənləşdirilib.
S.Sadıqova qeyd edib ki, Azərbaycan dilinin 2015-ci ildə çap olunan ilk yeni sözlər lüğətinə 2 500 söz daxil edilib.
Dilimizə daxil olan yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində işlərin hazırda da davam etdiyini deyən S.Sadıqova əlavə edib ki, yeni sözlərin çoxu tibb, informatika, jurnalistika, loqistika, iqtisadiyyat sahəsi üzrədir:
"Biz riyaziyyat və fizika sahəsinə aid olan o qədər yeni söz tapa bilmirik. Ancaq logistika, informatika, gömrük sahələrində yeni sözlər daxil olur. Onların arasında alınma sözlər, eyni zamanda Azərbaycan dilinin daxili imkanları hesabına yaranan sözlər də var".



Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya... - VİDEO
Azərbaycan dilindən bu sözlər çıxarılır
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə edildi
Azərbaycanda yeni ŞƏXS ADLARI lüğətə daxil ediləcək
Bu adlar QADAĞAN edildi - VİDEO
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
"İnşallah" sözü bu ölkədə lüğətə daxil edildi
Azərbaycanda körpələrə qoyulan YENİ ADLAR - SİYAHI
Orfoqrafiya lüğətinə yeni sözlər daxil edildi - SİYAHI
Bu adların qoyulması QADAĞAN EDİLDİ - SİYAHI
Sayalı Sadıqova: “Bu sözlərin yazılışı dəyişməməlidir”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 