Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.
NRYTN-dən ONN media-ya verilən məlumata görə, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib.
Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib.
Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb.
Uçuş hüququ Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün aviaşirkətlərinə şamil ediləcək. Bundan əlavə, tərəflər “Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər.
Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir.



Prezident Azərbaycanla Rusiya arasında saziş təsdiqlədi
DİQQƏT: Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılacaq
Azərbaycan və Türkiyə daha bir müqavilə imzalayır
Azərbaycan və İraq arasında sənədlər imzalandı
Azərbaycanda vahid Nəqliyyat Strategiyası hazırlanacaq
Azərbaycanla Rusiya arasında altı sənəd imzalanıb
Nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalar dəyişdi- QƏRAR
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ
Türkiyə və Yunanıstan hərbçiləri RAZILIĞA GƏLDİ
Azərbaycan-Türkiyə HHQ nümayəndələri toplandı
Türkiyə və Ermənistan razılaşdı- SƏRHƏDLƏR AÇILIR
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 