"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və Pakistanın Azərbaycandakı səfiri Bilal Haye arasında görüş keçirilib. Bu barədə ONN media-ya AZAL-dan bildirilib. Məlumata görə, görüşdə iki ölkə arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə edilib. Səfir bildirib ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət edib və koronavirus (COVID-19), beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq. O, eyni zamanda Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd edib. C.Əsgərov isə deyib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək. 2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın milli aviadaşıyıcıları arasında imzalanmış kod-şerinq sazişini xatırladan AZAL prezidenti beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib. Qeyd edək ki, Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranıb. Birbaşa reyslər uçuş vaxtını azı 3 saat azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq.
DİQQƏT: Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılacaq



Azərbaycanla bu ölkə arasında birbaşa aviareys açıla bilər
Azərbaycan və Pakistan arasında yeni saziş imzalanacaq
Azərbaycan və Pakitan arasında nə müzakirə olundu?
AZAL-dan Pakistana getmək istəyənlərə ŞAD XƏBƏR
Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşdü
Əbu-Dabidən Bakıya aviareys açılıb
Azərbaycanla qarşılıqlı ticarətin həcmini genişləndirmək lazımdır - Pakistan Prezidenti
Pakistan səfiri Azərbaycana təşəkkür etdi
AZAL 20 ədəd yeni nəsil təyyarə almaq istəyir
Bakı və Praqa arasında yeni reyslər açılacaq
AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşdü
AZAL-dan ŞAD XƏBƏR: Biletlərin oflayn satışı başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 