"Baş nazir Novruz Məmmədov bir nəfərin Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd etməsi xəbərini eşitdikdən sonra yolunu dəyişərək həmin əraziyə gedib".
ONN media Publika-ya istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
"Səhər tezdən Baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, başqa yolla gəlməsinə baxmayaraq, hadisəni eşidən kimi göstəriş verib və avtomobil korteci hadisə olan yerə, yəni körpünün yanına gedib", - NK-nın sözçüsü əlavə edib.
Onun sözlərinə görə, daha sonra Baş nazir intihara cəhd edən şəxslə telefon əlaqəsi yaradıb: "Baş nazir telefon danışığı nəticəsində intihara cəhd edən şəxsin probleminin nədən ibarət olduğunu, ona necə kömək edəcəyini soruşub. Cənab Novruz Məmmədov həmin şəxslə həm də psixoloji söhbət edib".
Baş nazirin telefon danışığı zamanı məlum olub ki, inthara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur: "Yaşar Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək çıxış yolunu bu addımı atmaqda gördüyünü bildirib".
Baş nazirlə danışdıqdan sonra Y.Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub.
Akif Əli əlavə edib ki, Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun rəhbərliyinə məsələni araşdırmaq üçün dərhal göstəriş verib: "Yaşar Əhmədova da müvafiq qurumlarla görüşmək tövsiyə olunub. İndi görüşlər davam edir, araşdırma gedir və həqiqətin necə olduğu araşdırmalardan sonra dəqiq məlum olacaq".



Baş nazir Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırıb -(FOTO)
Neftçalada 32 yaşlı qadın intihara cəhd edib
Masallı sakini intihara cəhd etdi
Millət vəkili 15 yaşlı qıza zəng vurdu
Daha bir gənc intihara cəhd etdi
Sumqayıtda intihara cəhd edən şəxs xilas edildi
Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı
Bakıda gənc qız özünü 9-cu mərtəbədən atmaq istədi - VİDEO
Bakıda hündürmərtəbəli binada həyəcanlı anlar yaşanıb
Baş nazir intihar etmək istəyəni son anda xilas etdi - FOTO
Gənc qadın intihara cəhd etdi
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 