“Tarif Şurasının qərarı ilə nəqliyyat sahəsində qiymətlərin artımı ilk növbədə dövlət xərclərinin azalmasına xidmət edəcək. Bu, həm də nəqliyyat sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırılmasına da dəstək olacaq”.
ONN media xəbər verir ki, bu sözləri millət vəkili Aydın Hüseynov Tarif Şurasının nəqliyyat sektorunda qiymət artımı ilə bağlı qərarını şərh edərkən deyib.
Millət vəkili fikirini belə əsaslandırıb ki, nəqliyyat dotasiya, yəni zərərlə işləyən sahədir, gəlirləri xərclərini ödəmədiyinə görə, onlara dövlət tərəfindən vəsait ayrılırdı:
“Qiymət dəyişikliyindən sonra dövlətin bu sahəyə ayırdığı xərcləri bu sektordan istifadə edən vətəndaşlar bölüşmüş olacaq. Dövlət isə həmin xərcləri daha çox sosial sahəyə yönəltmiş olacaq. Eyni zamanda nəqliyyat təsərrüfatının yenilənməsi, yeni avtobus, qatarların alınması, xidmət keyfiyyətinin artırılması günün tələblərindən biridir. Bakı şəhəri turizm mərkəzinə çevrilir, xarici turistlərimiz olur. Bu mənada nəqliyyat sektorunda komfortun artması, bu sahənin yenilənməsi baxımından gəlirlərinin artırılması labüddür”.
Millət vəkili onu da vurğulayıb ki, bu artım o qədər də böyük deyil:
“Azərbaycanda nəqliyyatdan istifadə üçün ödənişlər digər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bu artım isə vətəndaşların büdcəsinə ciddi təsir edəcək səviyyədə yüksək deyil. Ona görə Tarif Şurasının qərarı dövlət xərclərinin azaldılması, digər tərəfdən nəqliyyat sektorunda yenilənmələrə dəstək, vətəndaşların rahatlığını təmin etmək məqsədi daşıyır”.



Avtobuslarda qiymət artımı olacaq? - BNA-dan AÇIQLAMA
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA
Bəhruz Quliyev: “Bizdə nəqliyyat sektorunda qiymətlər...”
Bu tariflər də artırıldı
Deputat benzinin bahalaşmasından danışdı: "Yaxın günlərdə A-92-nin ..."
DİQQƏT- Gediş haqqı azaldıldı
Millət vəkili parlamentdə Tarif Şurasını YIXIB-SÜRÜDÜ
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar
Prezident sərəncam imzaladı - SƏDR DƏYİŞDİ
Metroda gedişhaqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB
Tarif Şurası əhaliyə müraciət edəcək
Maaş artımı bahalaşmaya səbəb ola bilər? – Deputat
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 