Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.
ONN media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olarkən əməliyyat şəraiti barədə məruzəni dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan Müdafiə naziri qarşıdan gələn qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istilik sistemləri, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.
Sonra nazir sərhədyanı ucqar dağ kəndlərindən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.
Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı ucqar dağ kəndinə rahat asfalt yolunun salınması, qaz və işıq xətlərinin çəkilməsinə görə öz məmnunluqlarını ifadə edən kənd sakinləri Müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, cənab Ali Baş Komandana çatdırmasını xahiş ediblər.
Kənd camaatı Azərbaycan Ordusunun bölmələri tərəfindən bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini və əhalinin hərbçilərə etimadının yüksək olduğunu da bildirib.
Sonra yerli sakinlərlə söhbət çay süfrəsi ətrafında davam etdirilib.



Zakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi
Zakir Həsənov cəbhə bölgəsində — FOTO
Zakir Həsənov cəbhənin ön xətt bölmələrində olub
Ordumuz qışa hazırlaşır
Müdafiə naziri Orduya vacib tapşırıq verdi
Zakir Həsənov ön xətt bölmələrində olub
Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdə olublar
Zakir Həsənov konkret TAPŞIRIQ VERDİ
Zakir Həsənov cəbhə xəttində- VİDEO
Zakir Həsənov Kəlbəcər və Laçına getdi
Müdafiə naziri cəbhə xəttində olub
Prezidentin köməkçisi və Müdafiə Naziri hərbi hissədə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 