Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təsdiq etdiyi "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair 2018-2020-ci illər üçün Tədbirlər Planı"nın icrasına start verilir.
ONN media xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 11 bənddən ibarət plana əsasən, avqust ayının 1-dən etibarən ölkə ərazisində ənənəvi olaraq "Təmiz Hava" aylığı keçirilir.
V.Əsədov qeyd edib ki, bu müddət ərzində avtomobil mühərriklərindən işlək vəziyyətdə ətraf mühitə atılan zərərli maddələrin qarşısının alınmasında qanunvericiliyin tələblərinə uyğun fəaliyyət gücləndiriləcək, atmosferə atılan zərərli tullantıların normadan artıq olduğu avtomobillər aşkarlanaraq müvafiq tədbirlər görüləcək:
"Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası və eyni zamanda respublikada mütəmadi həyata keçirilən ekoloji tədbirlərə uyğun olaraq Bakı şəhərində yerləşən avtomobil təsərrüfatlarında və xətdə "Təmiz Hava" aylığı çərçivəsində müvafiq rayon dövlət yol polis şöbələri və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bakı şəhərində yük və avtobus tipli avtotəsərrüfatı olan idarə və müəssisələrdə də birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub".
V.Əsədov hər kəsi "Təmiz hava" aylığında iştirak etməyə çağırıb.



DYP sürücülərə xəbərdarlıq etdi
DİQQƏT - Nazirlik avtomobilləri saxlayıb, bunu yoxlayır
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA
Sürücülərin DİQQƏTİNƏ: Gələn aydan...
Sürücülərə VACİB XƏBƏRDARLIQ
DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
30-a yaxın sürücü cərimələndi - ZƏRDABDA
Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR
Yol polisindən XƏBƏRDARLIQ
DYP-dən sürücülərə SƏRT xəbərdarlıq
Bakıda 108 sərxoş sürücü aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 