Zərdab rayonunda nəqliyyat vasitələrinə qarşı reyd keçirilib. ONN media xəbər verir ki, tədbir Zərdab rayon Polis şöbəsi yol-patrul bölməsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları ilə birgə "Təmiz hava" aylığı çərçivəsində baş tutub. Məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində nəzarətin gücləndirilməsidir. Reyd nəqliyyat vasitələrindən atılan zərəli tullantıların atmosfer havasını çirkləndirməsinin qarşısını almaq və mühərriklərin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyənləşdimək məqsədi daşıyır. Eyni zamanda reyd baş verə biləcək hadisələrin qarşısını əvvəlcədən almaq və sürücüləri bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Bəzi sürücülər avtomobillərinin normal işlədiyini bildirərək yoxlamadan narazılıq edib və təkrarlanmasını istəyiblər. Bundan başqa, reyd zamanı qanunlara tabe olan və məhəl qoymayan sürücülərə də rast gəlinib. Nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan idarə edən və avtomobilə əlavə konstruksiya quraşdıran sürücülər də aşkarlanıb. Reyd zamanı 40-a yaxın avtomobil saxlanılıb, onlardan 30-a yaxınının sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.
30-a yaxın sürücü cərimələndi - ZƏRDABDA



Yol polisi Zərdabda reyd keçirdi
Yol polisi sürücülərə xəbərdarlıq etdi
DYP-dən BAYRAM REYDİ: 20-yə yaxın sürücü...
Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR
DİQQƏT - Nazirlik avtomobilləri saxlayıb, bunu yoxlayır
DYP sürücülərə xəbərdarlıq etdi
DYP REYD KEÇİRDİ: 15 sürücü cərimələndi
Reyd zamanı 70-dən çox sürücü cərimələndi
DYP -dən növbəti REYD: 30-dan artıq şəxs CƏZA ALDI
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakı Metropoliteni cərimələnəcək
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 