Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və 2 gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi avqustun 3-də sona çatıb.
Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə, təlimə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xilasetmə xidmətlərinin canlı qüvvə və texnikaları cəlb olunub. “TENİZ-2018” beynəlxalq kompleks təliminin keçirilməsində əsas məqsəd fövqəladə hallara effektiv və əlaqələndirilmiş şəkildə reaksiya verilməsi üçün region dövlətlərinə məxsus xilasetmə xidmətlərinin, sahilyanı mühafizə qüvvələrinin, neft şirkətlərinin və digər müvafiq dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin nümayiş etdirilməsindən ibarət olub.
Təlim iki mərhələdə keçirilib. Birinci mərhələdə şərti fövqəladə hal baş verdiyi təqdirdə qarşılıqlı informasiya mübadiləsi və Xəzəryanı dövlətlərin xilasedici qüvvə və vasitələrinin təşkilinə dair tapşırıqlar yerinə yetirilib. İkinci mərhələ zamanı isə “İri həcmli gəmilərin toqquşması zamanı yaranmış fövqəladə halların qarşısının alınması”, “Xəzər dənizi hövzəsində gəmidə yanğın baş verdiyi təqdirdə insanların xilas edilməsi və yanğının söndürülməsi”, “Potensial təhlükəli obyektdə yanğının qarşısının alınması və kimyəvi tullantıların məhv edilməsi”, “Qazma qurğularında yanğının söndürülməsi” və “Daşqın bölgəsindən insanların və əmlakın xilas edilməsi” üzrə tapşırıqlar icra olunub. Təlimin ikinci mərhələsində, həmçinin qəza-xilasetmə avadanlıqlarının sərgisi də keçirilib.
Təlimin sonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 12 əməkdaşı Qazaxıstan Respublikasının daxili işlər naziri tərəfindən mükafatlandırılıb.
Təlimə ümumilikdə 500 nəfər yanğınsöndürən və xilasedici, 78 ədəd xüsusi texnika, 1 təyyarə, 7 helikopter, 4 gəmi, 7 yüksəksürətli xilasedici kater, habelə yanğınsöndürən avtomobillər, dağılmış neftin yığılması üçün avadanlıqlar cəlb edilib. Təlimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya avtomobili, “Mersedec Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobili və “BE-200 ÇS” amfibiya təyyarəsi də iştirak edib.



“Gənclik Moll”da həyəcan: “yanğın” söndürüldü
“Dəniz kuboku” müsabiqəsində növbəti epizod
Metroda "yanğın": FHN-çilər "hadisə" yerində
Zabrat Hava Limanı ərazisində təlim keçirildi
Sədərəkdə güclü yanğın olub
Gəncədə axtarış-xilasetmə işləri yekunlaşdı - RƏSMİ
Gəncədə suçəkmə işlərinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib
FHN: Bakıda kranın aşması nəticəsində 1 nəfər öldü - FOTOLAR
SON DƏQİQƏ: Bakıda ikimərtəbəli binada yanğın başladı
Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Ordu əyalətinə çatdı
FHN-nin mərkəzlərində mülki müdafiə kursları keçirildi
Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 