"Ermənistan kimi cırtdan və gücsüz dövlətlər heç zaman müstəqil siyasət yürüdə bilmirlər, kiminsə vassalı, şəraitdən asılı olaraq əl maşası, yaxud qapazaltısı olurlar. Bu mənada, Ermənistan nəinki istisna deyil, tarix səhnəsində biabırçı bir nümunədir".
ONN media yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib. Musa Quliyev qeyd edib ki, Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü. İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan gah Azərbaycana, gah Türkiyəyə, gah da bir-birilərinə təzyiq vasitəsi kimi öz maraqları üçün istifadə edirlər. İşğalçı, bandit, başkəsən Köçəryan-Sərkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir. Hər halda fikrimcə, bu dəyişmədə erməni xalqı həmişə olduğu kimi yenə də alət rolunu oynamaqdadır. Əsas reallıq bundan ibarətdir ki, Ermənistanda ictimai- siyasi sabitlik pozulmuşdur və yaxın zamanlarda hadisələrin daha da kəskinləşməsinin şahidi ola biləcəyik. "Qarabağ klanı" deyilən Köçəryan-Sərkisyan bandasının iqtidardan və ölkədən qovulması prosesinə start verilmişdir. Amma nəzərə alaq ki, Ermənistan bütövlükdə kriminal bir dövlətdir və Paşinyan da faktiki olaraq çevriliş yolu ilə hakimiyyətə yiyələnmişdir. Onun hansısa demokratik-hüquqi islahatlar aparacağına inanmaq lazım deyil.



“Bir həftə yetərlidir ki, Qarabağda...” – Deputat
Bu deputatlara maşın verilir - Siyahı
Maaşlar nə qədər artacaq? - VİDEO
Yaxın günlərdə yeni qadağalar ola bilər - AÇIQLAMA
Millət vəkili: Azərbaycan dünyada mövqelərini möhkəmləndirir
Qohum olmayan şəxs də donor ola bilər?
Azərbaycanda bütün növ pensiyalar nə qədər artacaq? - MƏBLƏĞ AÇIQLANDI
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Musa Yaqubun səhhəti ilə bağlı açıqlama
Prezidentdən deputatla bağlı sərəncam
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Azərbaycanda şəhid ailələri ilə bağlı VACİB YENİLİK: qanun dəyişir, BUNDAN SONRA...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 