Ekologiya və Təbii Sərvətlər Nazirliyi şadlıq sarayları və restoranlarla bağlı məlumat yayıb.
ONN media ARB TV-yə istinadən xəbər verir ki, Bakıda xəbərdarlığa əməl etməyən şadlıq evləri ilə bağlı sərt tədbirlərə başlanılıb.
"Tüstü evə gəlib çıxır. Kabab bişirir, tüstü qapımızın ağzındadır. Elə bil restoranda yaşayırıq".
"Məktəbə gedib-gəlirik, tüstü burnumuza dolur. Kabab yemək istəyir adam", - bu fikirlər paytaxt sakinlərinə aiddir.
Bununla bağlı Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi Cəlair Səmədov aşağıdakıları bildirib: "Bakı şəhərində fəaliyyət göstərən şadlıq saraylarının, restoranların ətraf ərazilərində monitorinq keçirilib. Onların tüstü bacalarından atmosferə atılan zərərli birləşmələrin yol verilən həddən çox olduğu müəyyən edilmişdir".
Maydan etibarən ictimai iaşə obyektlərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması və atmosferə atılan zərərli qazın miqdarının yol verilən hədd daxilində olması barədə xəbərdarlıq məktubu göndərilib. Yasamal rayonu ərazisində apardığımız müşahidələr isə buna əməl olumadığnı göstərir. Nazirlikdənsə bildirilir ki, xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb:
"Qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq maddə ilə vəzifəli şəxslər 3 min 500 manatdan 4 min 500 manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə ediləcəklər. Bu tədbirlər də nəticə verməsə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi şadlıq sarayları və restoranların fəaliyyətinin dayandırılması üçün aidiyyatı orqanlar qarşısında vəsadət qaldıracaq", - deyə Cəlair Səmədov fikrini izah edib.
Odur ki, sahibkarlar obyektlərinin fəaliyyətinin dayandırılmasını istəmirsə qanunvericiliyin tələblərinə əməl etməli, ətraf mühiti çirkləndirməməlidir.



Nazirlik Bakıdakı bu məşhur restoranlarla bağlı XƏBƏRDARLIQ ETDİ - SİYAHI
15 şadlıq evi ilə bağlı yoxlama nəticələri elan edildi
Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı
Nazirlik 3 restoranı bağlatdırdı
Şadlıq sarayları və restoranlara XƏBƏRDARLIQ
Bu restoran və şadlıq evləri bağlana bilər
31 obyektlə bağlı şikayət var- SİYAHI
Bu restoranlar cərimələndi
ETSN tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatdı
Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ
"Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə oldu
Bakıdakı tüstünün SƏBƏBİ...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 