Atmosferə atılan tullantılar idarə olunmalıdır. Biz sahibkarlara müraciət edərək bildiririk ki, bu istiqamətdə aparılan işlər kampaniya xarakterli deyil.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, may ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosfer havasının çirkləndirməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması üçün xəbərdarlıq bildirişi göndərilib: "Çox təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi. Nəticə olaraq, sentyabr ayında yalnız bir şadlıq evində təmizləyici qurğu quraşdırıldı. Lakin bu yaxınlarda 474 iaşə obyektində monitorinq aparılarkən məlum oldu ki, onların 307-də təmizləyici artıq qurğu quraşdırılıb. Onların 277-sinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir".
V.Kərimov əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmələrə təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə müraciət edib. Artıq 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb.
V.Kərimov əlavə edib ki, daş karxanalarından da atılan tullantılar norma daxilində olmalıdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev əlavə edib ki, şadlıq saraylarının sahibləri milyon manatlar xərcləyib obyekt tiksələr də, təmizləyici qurğu quraşdırmaqda maraqlı deyillər.



Bu restoran və şadlıq evləri bağlana bilər
Nazirlik məşhur 20 restoranı bağlatdıracaq- SİYAHI
31 obyektlə bağlı şikayət var- SİYAHI
15 şadlıq evi ilə bağlı yoxlama nəticələri elan edildi
Bu şadlıq evlərinin fəaliyyəti DAYANDIRILA BİLƏR
Nazirlikdən növbəti xəbərdarlıq: Qarşısını alın!
Meşələrdə YENİLİK
Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ
Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı
Bu restoranlar cərimələndi
ETSN tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatdı
Metaləritmə sexi CƏZALANDIRILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 