Sosial şəbəkələrdəki bəzi səhifələr müzakirələrlə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblini gündəmə gətirib. Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib. Yayılan məlumatda bildirilib ki, Hadi Rəcəbli Milli Məclisin payız sessiyasında deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Sosial şəbəkələrdə yayılan bu açıqlama Hadi Rəcəblini hiddətləndirib.
ONN media xəbər verir ki, deputat belə fikirlər səsləndirmədiyini vurğulayıb:
"Sosial şəbəkələrdə hansısa səhifələrdə mənim adımdan yazılanlardan heç xəbərim yoxdur. Mən bu cür fikirlər səsləndirməmişəm. Bu, növbəti dəfə mənim adımdan şərəfsizcəsinə yayılan və mənə qarşı aparılan təxribatdır. Bu qədər şərəfsiz, vicdansız hərəkət etmək olmaz.
Ataların belə bir sözü var: "Yalançının evi yandı, heç kəs ona inanmadı".
Mən dövlətim və millətim üçün çalışan insanam. Bunu rəhbərlik etdiyim komitənin iş prinsipindən də görmək olar. Məhz ötən sessiyada ən çox qanun layihəsi hazırlayan, ən çox vətəndaşlarla görüşən mən və bizim komitənin üzvləridir. Nə qədər yalandan yazmaq olar? Mən artıq məcbur olub, belə adamları, səhifələri məhkəməyə verəcəyəm. Sadəcə ömrüm boyunca heç kimə pislik etmədiyim üçün bunu hələ ki etmirəm. Mənə qarşı olan bu hücumlara son qoyulmalıdır. Nə qədər mənim adımdan yalan yazmaq olar, bəsdirin də. Hər bir şəxs ədaələt, qanun daxilində hərəkət etməlidir. Heç kəsin adından yalan yazmaq olmaz. Belə hesab edirəm ki, sonda mən bu materialların hamısını toplayıb hüquq-mühafizə orqanlarına müraciət edəsi olacağam. Mənə qarşı olan bu təxribat birinci dəfə deyil".
Hadi Rəcəbli Mərkəzi Seçki Komissiyasına müraciət etməyəcəyini bildirib: "Bunun üçün heç bir əas yoxdur. Onu yazanların ürəyində qalacaq. Belə təhrif olunmuş fikirləri yazmaq olmaz. Bu tamamilə yalandır və böhtandır. Deputatın Lənkərandan olan seçiciləri müraciət edərək sosial şəbəkələrdə Hadi Rəcəbliyə qarşı aparılan qarayaxma kampaniyasını pisləyiblər. Onlar hüquq-mühafizə orqanlarından deputata qarşı aparılan təxribata hüquqi qiymət verilməsini istəyiblər.



Hadı Rəcəbli vəfat etdi
Hadı Rəcəbli- "Mən deməmişəm ki..."
Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Hadi Rəcəbli qərarını dəqiqləşdirməyib — AÇIQLAMA
Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu
Hadı Rəcəbli Hüseynbala Mirələmovun biabırçı videosundan DANIŞDI
SON DƏQİQƏ: Hadı Rəcəblinin nəticələri ləğv edildi
Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı: “Burada pis nə var axı?”
Hadi Rəcəbli: “Büdcə vətəndaşlara xidmət etməlidir”
ŞOK- Hadi Rəcəblinin xanımla görüntüləri yayıldı
Deputatların pensiyası artırılacaq – Hadı Rəcəbli AÇIQLADI
Hadı Rəcəbli seçkilərə gedir – Siyahıda ADI VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 