ONN İnformasiya Agentliyi

Blokçeyn haqqında bilmədikləriniz

Blokçeyn haqqında bilmədikləriniz
29-08-2018, 19:00


Universitetlərdə blokçeyn haqqında mühazirələrin oxunulma səbəbi və bunun Azərbaycan üçün hansı maraq kəsb etməsi — “Blockchain & Bitcoin Conference Baku”  https://bit.ly/2NBovBq tədbirində bu mövzuya toxunulacaqdır.

Blokçeyn haqqında bir çox şayiələr gəzir: bəzi ekspertlər onu korrupsiyaya qarşı innovativ texnologiya adlandırırlar, bəziləri isə ona olan tələbatın süni yaradıldığını hesab edirlər. Bəzi şirkətlər bu texnologiyadan səmərəli istifadə edirlər, bəziləri isə pullarını havaya sovururlar. Bunun səbəbi nədir? Blokçeyn texnologiyası biznesə necə qazanc gətirir və nəyə görə onu gələcəyin texnologiyası hesab edirlər?

ONN media xəbər verir ki, sentyabrın 27-də “Smile-Expo” beynəlxalq şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq təşkil edilən və kriptovalyutalara həsr olunmuş “Blockchain & Bitcoin Conference Baku” tədbirində bu suallara cavab tapacaqsınız.

Blokçeyn haqqında məhdud biliklərin nəticəsi qeyri-bərabər imkanlardır. Artıq Rusiya, ABŞ və Avropanın ali təhsil müəssisələrində bu texnologiya haqqında mühazirələrin oxunulmasına baxmayaraq, Azərbaycanda bu tendensiya yeni yaranmaqdadır.

“Blockchain & Bitcoin Conference Baku” tədbirinin əsas vəzifəsi onun iştirakçılarına “ağı qaradan seçmək”də kömək etməkdir. Tədbir iştirakçıları, bir günlük intensiv proqram çərçivəsində blokçeyn haqqında bu texnologiyanın necə işlədiyi, onun hansı sahələrdə faydalı və faydasız olduğu və xarici investorların blokçeyn texnologiyasına milyonlarla dollar yatırmağa hazır olmağının səbəbi kimi kompleks baza biliklər əldə edəcəklər.

Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Belarus, İsveçrədən olan blokçeyn texnologiyası üzrə tanınmış ekspertlər, eləcə də bu sahənin Azərbaycandakı partnyorları öz bilik və praktiki təcrübələrini bölüşmək üçün “Blockchain & Bitcoin Conference Baku” tədbrində iştirak edəcəklər:

* Denis Aleynikov, “Aleinikov & Partners”in baş partnyoru, "Rəqəmsal texnologiyaların inkişafı haqqında" 8 saylı məşhur Dekretin müəllifi;

* Əkrəm Həsənov, “Əkrəm Həsənov və Partnyorları” MMC hüquq firmasının idarəedici partnyoru, Azərbaycanın bank sahəsində tanınmış hüquqşünası;

* Tural Kərimli, Azərbaycanın “Yüksək Texnologiyalar Parkı”nın direktoru;

* Laşa Antadze, blokçeyn texnologiyası üzərində dünyanın ilk elektron hərrac platforması olan “Shelf.Network”ün təsisçisi;

* İqor Porox – “iTuber”in treyderi, “BTC Awards CIS” versiyası üzrə 2017-ci ilin ən yaxşı 2 treyderi sırasına daxil edilmişdir;

* Məryəm Tağıyeva, Böyük Britaniyanın Vətəndaşlıq, Sahibkarlıq və İdarəetmə Elmi Mərkəzinin Baş Sistem Arxitektoru.

İndi hər kəs Azərbaycanın blokçeyn industriyasının ən əhəmiyyətli hadisəsinin bir hissəsinə çevrilə bilər, çünki “Smile-Expo” şirkəti yeni qiymətlər müəyyənləşdirdi: biletin indiki qiyməti 400 AZN 200 AZN-dir. Blokçeyn texnologiyası və kriptovalyutalar haqqında kompleks biliklər — biznesdə blokçeyn texnologiyasının tətbiqinə dair əsas biliklərdən tutmuş praktiki keyslərə qədər — bunların hamısı ikiqat ucuz qiymətə.

2018-ci il sentyabrın 27-də Azərbaycanın paytaxtında keçiriləcək olan “Blockchain & Bitcoin Conference Baku”   https://bit.ly/2NBovBq tədbirində kriptovalyutalar üzrə təşəbbüskarların icmasına Siz də qoşulun. Tədbirin saytında qeydiyyatdan keçə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png