ONN media xəbər verir ki, sentyabrın 27-də Bakıda blokçeyn və kriptovalyutalar sahəsində dünyanın tanınmış mütəxəssisləri bir araya gələcəklər. Azərbaycanlı sahibkarlar və investorlar ilə birlikdə onlar kriptovalyuta bazarının ölkədəki vəziyyətini müzakirə edəcək və blokçeynin tətbiqinə dair praktiki keyslərə dair öz təcrübələrini bölüşəcəklər.
“Smile-Expo” şirkətinin təşkil etdiyi və blokçeyn bazarına, kriptovalyutalara və ICO-ya (“İlkin Koin Yerləşdirməyə”) həsr olunmuş “Blockchain & Bitcoin Conference Baku“ bu görüşün səbəbkarıdır.
“Azərbaycanın kriptovalyuta sənayesindəki inkişafın müsbət dinamikasını həm biznes icmaları, həm də qanunverici orqanlar vurğulayır. Ölkədə kriptovalyutalardan sərbəst istifadə etmək mümkündür — bundan əlavə, onlar vergi xidməti sayəsində hüquqi müstəviyə keçiriləcəkdir. Aprel ayında isə Kriptovalyuta Bazarı və Blokçeyn Texnologiyasının Tədqiqi və Inkişafı Mərkəzi yaradılmışdır”, — deyə tədbirin rəhbəri Anastasiya Kulakova bildirmişdir.
Konfrans haqqında
Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Böyük Britaniyadan olan kriptovalyuta üzrə ekspertlər qonaqları gözləyir. Tədbirin əsas spikerləri:
- Elnur Quliyev — “Kriptoinvest.az” adlı kriptosənaye haqqında internet resursunun təsisçisi. O, Azərbaycanda rəqəmsal texnologiyalar bazarının vəziyyəti haqqında məlumatlarla bölüşəcək və ICO (“İlkin Koin Yerləşdirmə”) ilə bağlı məsələləri ayrıca təhlil edəcəkdir.
- Məryəm Tağıyeva — Britaniya Analitik Mərkəzinin Vətəndaşlıq, Sahibkarlıq və İdarəetmə Elmi Mərkəzinin Baş Sistem Arxitektoru. O, dünya səviyyəli konsaltinq şirkətini necə tapmağın sirləri ilə bölüşəcəkdir.
- Orxan Əhmədov — yerli ictimaiyyətlə əlaqələr üzrə menecer və “Waves” platformasının Azərbaycan üzrə səfiri. Spiker, blokçeyn texnologiyasını uğurla tətbiq edən azərbaycan şirkətləri haqqında danışacaqdır. Bundan əlavə Orxan, “Waves” platformasında tokenseyli necə işə salmağın yollarını açıqlayacaqdır.
- İqor Porox — “İTuber” onlayn investorlar icmasının əməliyyatlar üzrə baş direktoru. O, treydinq və kriptovalyuta bazarı haqqında çıxış edəcəkdir: təməl biliklərdən tutmuş risklərin hesablanmasına kimi.
- Artyom Koltsov — Rusiya Federasiyası Dövlət Dumasında rəqəmsal iqtisadiyyat və blokçeyn texnologiyaları üzrə Ekspert şurasının sədri. O öz məruzəsini tokenseyllərə yatırılan asiya investisiyalarının xüsusiyyətlərinə həsr edəcəkdir.
Sınaq Zonası
Kriptovalyutaların əldə edilməsi üçün aparat həlləri, blokçeyn platformaları və onlara aid Proqram Təminatı, hüquq və konsaltinq xidmətləri — bütün bunlar konfrans ilə pararlel olaraq fəaliyyət göstərəcək olan sınaq zonasında tədbirin ziyarətçilərinin öhdəsinə buraxılacaqdır. Burada beynəlxalq blokçeyn sənayesini təmsil edən şirkətlərin stendləri yerləşdiriləcəkdir.
Keçirildiyi yer və təşkilatçı
“Blockchain & Bitcoin Conference Baku” tədbiri Xəzər dənizinin sahilində yerləşən dəbdəbəli “Hilton Baku” otelində keçiriləcəkdir. Ünvan: AZ1000, Bakı, Azadlıq prospekti, 1B.
Tədbirin təşkilatçısı dünyanın 25 ölkəsində “Blockchain World Events“ adlı blokçeyn texnologiyalarına həsr olunmuş tədbirlərin qlobal şəbəkəsinin əsasını qoymuş “Smile-Expo” şirkətidir.
Tədbirin proqramını və digər təfərrüatları “Blockchain & Bitcoin Conference Baku“ saytından əldə edə bilərsiniz.
https://azerbaijan.bc.events/az?utm_source=pr_thenenko&utm_medium=annonce&utm_campaign=media.onn



Blokçeyn haqqında bilmədikləriniz
Bitkoin kəskin bahalaşdı
Bitkoinin SON QİYMƏTİ
"Bitcoin"in dəyəri 47 min dolları keçib
Bitkoinin SON QİYMƏTİ
"Bitcoin"in qiyməti 10 faizdən çox düşdü
Bitkoinin SON QİYMƏTİ
Bitkoinin qiymətində dəyşiklik
Məşhur kriptovalyuta ilə bağlı QORXUNC PROQNOZ: bu tarixdə sıfıra enəcək...
Azərbaycanda "Bitkoin" səfirliyi açılır
Kriptovalyuta bazarında QİYMƏTLƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 