Sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Düşünürəm ki, kifayət qədər əhəmiyyətli bir hadisədir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) da olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə, onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək.
ONN media axar.az -a istinadla xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib. O, yeni şəxsiyyət vəsiqələrinin ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına müsbət təsir göstərəcəyini deyib:
“Məlumdur ki, hazırda, ümumiyyətlə, elektron imza sahəsində ölkədə rəqabətli mühit yoxdur. Məhz bu baxımdan da ASAN imzanın operatoru “Best Solution” şirkəti mobil operatorlarla sövdələşmə apararaq, ASAN imzanın aylıq abunə haqlarını bu aydan etibarən əsassız olaraq 150% qaldırıb.
Fikrimcə, vəsiqələrdəki elektron imza bu sahədəki vəziyyətin dəyişməsinə müsbət təsir göstərəcək.
Yeni şəxsiyyət vəsiqələri ilə bağlı Prezidentin 5 il öncə verdiyi fərman var. Həmin Fərmanla təsdiqlənən əsasnaməyə görə, şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni qaydalar müəyyən olunub”.
Ekspertin sözlərinə görə, yeni nəsil vəsiqələrin verilməsi prosesində təxminən 9 dövlət qurumu iştirak edəcək:
“Təbii, bu prosesdə hər bir qurumun da öz səlahiyyətləri var. Artıq bütün hazırlıq proseslərinin başa çatdığı bildirilir.
Vəsiqələr DİN-in şəxsiyyət vəsiqəsi verən yerli orqanları və ASAN Xidmət Mərkəzləri tərəfindən veriləcək”.
Osman Gündüz yeni vəsiqələrlə bağlı dövlət rüsumunun müəyyən olunmadığını deyib:
“Güman ki, elə köhnə rüsum qüvvədə qalacaq. Köhnə rüsum on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5, üç iş günü üçün 25, bir iş günü üçün 35 manatdır.
Bu rüsuma vətəndaşın elektron imzası ilə bağlı xərclər daxil olmayacaq.
Qaydalara görə, vəsiqədəki elektron imza ilkin vəziyyətdə aktiv olmayacaq. Bunu vətəndaşlar istəyə bağlı olaraq öz arzusu ilə vəsiqəni alarkən və ya sonradan NRYTN sertifikasiya mərkəzinə müraciət etməklə aktiv edə biləcəklər. Bunun üçün vətəndaşıın ödəməli olduğu vəsait də hələlik açıqlanmayıb. Qaydalara görə, bu rüsumun 25 faizi NRYTN Sertifikat Xidmətləri Mərkəzinin hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
Əgər gələcəkdə hansısa ölkələrlə şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması olarsa, vətəndaşlar yalnız bu tip ölkələrə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər”.



Yeni şəxsiyyət vəsiqələrinin özəllikləri nədir?
Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza nəvaxt aktivləşəcək?
Bu həftə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq
Yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdirilib
Yeni nəsil şəxsiyyət vəsiqələri nə vaxt veriləcək?
Yeni nəsil şəxsiyyət vəsiqələri gəlir
İlham Əliyev şəxsiyyət vəsiqələri ilə bağlı qanunu imzaladı
15 yaşı tamam olmayanlara yeni qaydada şəxsiyyət vəsiqəsi veriləcək
Yeni nəsil şəxsiyyət vəsiqələrinin əlavə üstünlükləri AÇIQLANDI
Kod-parolun məhdudlaşması - Dövlət Vergi Xidməti
Bunu edən piyadalar cərimələnəcək?
Bu xidmət ödənişsiz olacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 