Vergi ödəyiciləri elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola biləcəklər.
ONN media Dövlət Vergi Xidmətindən aldığı məlumata istinadən xəbər verir ki,
2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.
Gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün daha geniş imkanlar yaradır. Belə ki, elektron imza vasitəsilə vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və bu kimi sayı daim artan digər elektron xidmətlərin icrası mümkündür. Gücləndirilmiş elektron imzası olan vergi ödəyiciləri istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilirlər.
Dövlət Vergi Xidməti bildirir ki, elektron kabinetinə daxil olmaq, “Əmək müqaviləsi Bildirişi”ni elektron qeydiyyata almaq, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və digər elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzanın (Asan İmza) əldə edilməsi zəruridir.
Yükləmək üçün video: https://we.tl/t-HKQAWQACpF



Vergi ödəyiciləri kod-paroldan 2025-ci ilə qədər istifadə edəcək
Yeni nazirin ilk işi: sahibkarlara müraciət
YENİLİK! Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək
ASAN İmza sahiblərinə XƏBƏRDARLIQ
“Asan İmza” sertifikatları ilə bağlı YENİLİK
Nazirlik bu şəxslərə ayın sonuna qədər vaxt verdi
Azərbaycanda bu xidmətlər QADAĞAN EDİLDİ
“Asan İmza” ilə bağlı yeni elektron xidmət istifadəyə verildi
Yardım istəyənlərin nəzərinə- İqtisadiyyat Nazirliyindən müraciət
Hüquqi şəxslərin dövlət qeydiyyatı qaydaları sadələşdi
Karqoya nəzarət mexanizmi gücləndirilir - Sanksiyalar olacaq
Vergilər Nazirliyi sahibkarları məlumatlandırır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 