Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai və Nərimanov rayonları ərazisində havaya kəskin iy-qoxunun yayılması barədə vətəndaşlardan şikayət daxil olub. Nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri tərəfindən 31 avqust və 1 sentyabr 2018-ci il tarixlərində Bakı Neft Emalı Zavodunun ətraf ərazilərində monitorinq keçirilib, atmosfer havasından ayrı-ayrı saatlarda 3 dəfə nümunələr götürülüb. Analizlərin nəticələrinə görə, havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi tərkibli maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyən edilib.
Ərazidə sonuncu monitorinq bu gün saat 15 radələrində keçirilib və iy-qoxunun azaldığı müşahidə olunub.
Araşdırma zamanı məlum olub ki, iy-qoxu Bakı Neft Emalı Zavodunun Böyük Şor 1 saylı xam neftin qəbulu sahəsində, 202-305 saylı qurğulardan gələn 500 mm-lik boru xətti, müəssisədə aparılan ümumi rekonstruksiya işləri çərçivəsində, dəyişdirilərkən havaya yayılıb.
Bu cür halların təkrar olunmaması və rekonstruksiya işləri zamanı çirklənmənin qarşısının alınması məqsədilə əvvəlcədən ETSN ilə razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə Zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan "məcburi göstəriş" verilib.



Havaya tüstü atan zavod cərimələndi
Atmosfer havasını çirkləndirən şəxs cərimələndi
Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı - NAZİRLİKDƏN AÇIQLAMA
Havaya atdığı tullantıya görə müəssisə cəzalanıb
Bakını bürüyən qaz iyinin səbəbi nədir?
Xəzərə çirkab su axıdan şəxs cərimələnib
Bakıdakı tüstünün SƏBƏBİ...
Bu qurumun rəhbəri nazirliyin tələblərinə tabe olmur
Ölkə ərazisində toz-dumanı müşahidə olunur
Metaləritmə sexi CƏZALANDIRILDI
Bu rayonun bələdiyyə sədri cərimələndi
Bakıda ağacın dibinə yandırıcı maddə tökən şəxs cərimələnib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 