Atmosferi çirkləndirən sexin bağlanması üçün məhkəməyə müraciət olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONN media-ya verilən məlumata görə, Bakı Elektriktökmə ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub.
Sözügüdən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə, atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.
Qeyd edək ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən havanı çirkləndirdiyinə görə metaltökmə sexinin sahibi Məmməd Ələkbərov fiziki şəxs qismində 3000 manat məbləğində cərimələnmiş və ona müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.
Sexin sahibi Məmməd Ələkbərov sentyabr ayında ona verilən məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün vəzifəli şəxs qismində 4800 manat məbləğində yenidən cərimə olunub. Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır.



Metaləritmə sexi CƏZALANDIRILDI
Havaya atdığı tullantıya görə müəssisə cəzalanıb
Nazirlik direktoru 3000 manat cərimələdi
Havaya tüstü atan zavod cərimələndi
15 şadlıq evi ilə bağlı yoxlama nəticələri elan edildi
Atmosfer havasını çirkləndirən şəxs cərimələndi
İy-qoxu ilə bağlı Nazirliyə daxil olan şikayət araşdırılıb - FOTO
“Melissa Park”ın sakinləri cərimə olundu
Sakinin şikayətinin nəticəsi nə oldu?- AÇIQLAMA
Ətraf mühiti çirkləndirən şəxs cərimələnib
İki nazirlik tərəfindən reyd keçirilib
Nərimanovda ağacların dibinə tökülən maddənin tərkibi açıqlandı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 