Azərbaycan-İran avtomobil zavodu "Xəzər" gələn ildən Rusiya və digər ölkələrə avtomobil ixracına başlamağı planlaşdırır.
ONN media Trend-ə istinadla bildirir ki, bu barədə zavodun sahiblərindən biri olan "AzərMaş" şirkətinindən bildiriblər.
Şirkətdə qeyd ediblər ki, hal-hazırda bu ölkələrin bazarlarına avtomobil tədarükü üzrə fəal danışıqlar aparılır: "Ümumilikdə, istehsal olunan avtomobillərin 20 faizini xarici bazarlara tədarük etmək planlaşdırılır. Hal-hazırda zavodda "Khazar LD" və "Khazar SD" modelləri istehsal olunur".
Həmçinin bildirilib ki, yaxın perspektivdə qiyməti 18-21 min manat olacaq "Renault" və Peugeot" brendləri altında avtomobil istehsalının təşkil olunması planlaşdırılır: "Zavodda bu gün istehsal olunan avtomobillərin dəyəri 14-16 min manatdır".
Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.



Azərbaycanda yeni model "Peugeot" istehsal olunacaq
İranlı nazir: Azərbaycan avtomobil sənayesinin inkişafı üçün əlverişli məkandır
Azərbaycan kiçik tonnajlı avtomobillər istehsal edəcək
Azərbaycan-İran birgə avtomobillərinin ilk nümunəsi
Azərbaycanda 41 milyonluq maşın satıldı
Neftçala avtomobil zavodu hansı maşınları istehsal edəcək?
Avtomobil sənayemizdə yeni dönəm: Ölkəmizdə hansı maşınlar istehsal OLUNACAQ?
İran və Ermənistan arasında daha bir əməkdaşlıq
Neftçalada avtomobil zavodunun açılışı olub
Klassik avtomobil həvəskarlarının diqqətinə
Bakıda yeni zavod istifadəyə verilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 