Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
ONN media xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.
Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.
Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, ötən ilin aprel ayında Rusiyanın “QAZ Qrup” ASC və “Azərmaş” ASC arasında kiçik tonnajlı avtomobillərin Azərbaycanda yığılmasına dair uzunmüddətli əməkdaşlıq haqqında memorandum imzalanıb, noyabr ayında isə avtomobil zavoduna Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.
Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması sənaye və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Trend



Azərbaycanda yeni model "Peugeot" istehsal olunacaq
Rusiyanın İqtisadi inkişaf naziri Azərbaycana gəlir
Azərbaycan-İran avtomobil zavodu bu tarixdən ixraca başlayacaq
Prezident Hacıqabul Sənaye Məhəlləsinin açılışında - YENİLƏNDİ
Azərbaycanda 41 milyonluq maşın satıldı
Avtomobil sənayemizdə yeni dönəm: Ölkəmizdə hansı maşınlar istehsal OLUNACAQ?
“QAZ” markalı avtomobillər yığılacaq
İlham Əliyev: "Dövlət qurumları yerli avtomobillərə üstünlük verməlidirlər"
İranlı nazir: Azərbaycan avtomobil sənayesinin inkişafı üçün əlverişli məkandır
Bakıda yeni zavod istifadəyə verilir
Azərbaycan-İran birgə avtomobillərinin ilk nümunəsi
Nazirdən şad xəbər: 1200 nəfər işlə təmin ediləcək
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 