2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
ONN media Azvision-a istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2 faiz bahalaşıb.
Ay ərzində unun, mal, qoyun və toyuq ətinin, yumurtanın, balıq məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, kartofun, qəhvə və çayın qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, badımcanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, minik avtomobilləri və ehtiyat hissələrinin, velosipedlərin, telefon aparatlarının, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, zərgərlik məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri və yuyulması, metro və avtomobil nəqliyyatı ilə sərnişinlərin daşınması, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri, ali təhsil müəssisələrində təhsil haqqı, mənzillərin icarə haqqı bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Azərbaycanda bu ərzaqların qiyməti bahalaşdı
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Azərbaycanda illik inflyasiya açıqlandı
Ərzaqların qiyməti BAHALAŞIB
Hansı məhsullar daha çox bahalaşıb?
Hansı məhsullar bahalaşıb?
Azərbaycanda hansı məhsullar bahalaşıb? - SİYAHI
Ərzaq məhsulları bahalaşıb- RƏSMİ MƏLUMAT
Ucuzlaşan və bahalaşan məhsulların - Siyahısı
Azərbaycanda bu məhsullar bahalaşdı — Siyahı
Qiymətlər dəyişdi - Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 