2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
ONN media xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
Ay ərzində manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun əti, qatıq, pendir, kərə yağı, albalı, gilas, alça, ərik, çiyələk, pomidor, xiyar, badımcan, göy lobya, soğan və kartofun qiymətlərində azalma, düyü, mal və toyuq əti, yumurta, zeytun, günəbaxan və qarğıdalı yağları, göyərti, şəkər tozu, dondurma, qara və yaşıl çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Azərbaycanda bu ərzaqların qiyməti bahalaşdı
Azərbaycanda illik inflyasiya açıqlandı
Azərbaycanda illik inflyasiya 4%-ə düşüb
Bakıda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Ərzaqların qiyməti BAHALAŞIB
Hansı məhsullar daha çox bahalaşıb?
Azərbaycanda 5 ayda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
DİQQƏT- Bu məhsulların qiyməti bahalaşdı
Azərbaycanda hansı məhsullar ucuzlaşıb? — SİYAHI
Ölkədə bu ərzaqlar BAHALAŞDI - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 