Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, Azərbaycanda da domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb.
ONN media xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, bu texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Bu prosesin adi istifadəçilərə cuzi təsiri ola bilər.
Belə ki, yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Belə olan halda sistem "server failure" və ya “SERVFAIL” səhvini göstərə bilər.
Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Bu açarlar təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazır olmaması bu prosesi təxirə salmışdı. Artıq dünyanın əksər provayderləri, o cümlədən Azərbaycan provayderləri bu prosesə hazırdır.



Bütün dünyada internet kəsilə bilər - BU TARİXDƏ
Bu nazirliyə yeni səlahiyyət verildi - QƏRAR
Bu gün saytlar niyə açılmırdı? — Rəsmi açıqlama
Naxçıvan dövlət qurumları ilə bağlı yenilik olub
Dünya günlərlə internetsiz qalacaq - ŞOK SƏBƏB
Selçuk Bayraktardan “Windows”un çökməsinə reaksiya
DİQQƏT- Bu internet tarifləri ləğv olunur
Azərbaycan buna görə MDB-də liderdir
Köhnə “Windows” versiyaları məcburi yenilənəcək
Nazirliyin adından saxta məktublar göndərilir - XƏBƏRDARLIQ
Sürücülərin NƏZƏRİNƏ! Bundan sonra...
“WhatsApp” istifadəçiləri belə aldadıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 