"Azərbaycan Respublikasında rəqəmsal taxoqraf sisteminə dair siyasət"in tətbiq edilməsi ilə bağlı Avropa Əsas Sertifikatlaşdırma Orqanının (ERCA) növbəti sessiyasında Azərbaycan Respublikasının birinci nəsil rəqəmsal taxoqraf aparatları üçün Milli Açarlarının təhvil alınması və Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinə (PWPW) təhvil verilməsi məqsədilə İtaliyanın İspra və Polşanın Varşava şəhərində görüş keçirilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri iştirak edib. Avropa Əsas Sertifikatlaşdırma Orqanının İspra şəhərində keçirilmiş növbəti sessiyasında bu təşkilatın mövcud prosedur qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb. Görüş zamanı beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarətinin təşkili sahəsində ikinci nəsil "smart taxoqraf"ların (Generation-2 Smart Tachograph) tətbiqi və bununla əlaqədar Azərbaycanın Rəqəmsal Taxoqraf Sistemində tələb olunan zəruri dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bununla əlaqədar fabrikin nümayəndələri müvafiq tədbirlər görüldükdən sonra Azərbaycan tərəfini məlumatlandıracaqlar. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" barədə fabrikin nümayəndələrinə məlumat verilib və bu qaydalardan irəli gələn müvafiq rəqəmsal taxoqraf sisteminin yaradılması məsələləri müzakirə olunub. Görüşün sonunda bağlanmış müqaviləyə əsasən, Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinin səlahiyyətli şəxslərinə paytaxt Varşava şəhərində Azərbaycan Respublikasının Milli Açarlarının təhvil verilməsi təmin edilib.
Sürücülərin NƏZƏRİNƏ! Bundan sonra...



Bu sürücülər CƏZALANDIRILACAQ
Sürücülərin nəzərinə: Fərqlənmə nişanı...
İlham Əliyev 2 fərman imzaladı
Azərbaycanda yeni qurum yaradıldı
İlham Əliyev fərman imzaladı
Avropa İttifaqı rəsmiləri Bakıya gəlir
Prezident komissiya sədrini dəyişdi - SƏRƏNCAM
Yük maşını sürənlər MÜTLƏQ OXUYUN
Əli Əsədov qərar imzaladı
Sərnişin və yük daşımaları ilə bağlı QƏRARLAR DƏYİŞDİ
Azərbaycanda vahid Nəqliyyat Strategiyası hazırlanacaq
Mikayıl Cabbarov Lissabonda keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammitində iştirak edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 