Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.
ONN media xəbər verir ki, müzakirələr zamanı deputatlar qanunsuz ağac kəsilməsinə ciddi etirazlarını bildiriblər. Komitə sədri Eldar İbrahimov bildirib ki, bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər.
O qeyd edib ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur.
Daha sonra deputatlar ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsini təklif ediblər.
Deputat Hüseynbala Mirələmov deyib ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır. O qeyd edib ki, ağacların kəsilməsi çox böyük bəladır: “Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməlidir, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.
Deputat Cavanşir Paşazadə də bildirib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır.



Bakıda 5000 ağac kəsiləcək - AÇIQLAMA - VİDEO
Sabiq deputat ağacları kəsdirir - Daha bir rəsmi açıqlama
ETSN-dan ağacların kəsilməyinə münasibət
Qəbələdə kütləvi ağac kəsənlər niyə cərimələnmədi?
Lerikdə ağacların kəsilməsi ilə bağlı cinayət işi açıldı
Ağac kəsən şirkət cərimələndi
Azərbaycanda Milli Parkın rəhbərliyinə cinayət işi açıldı
Bələdiyyələrə yeni səlahiyyət verilir
Baş Prokurorluq videomüraciət yaydı
Nazirlik direktoru cərimələdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 