Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birində xidmət keçməsi alqışlanmalıdır.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, ölkə başçısının övladının ölkənin təhlükəsizliyinin həvalə olunduğu bir qoşun növündə xidmət keçməsi Azərbaycan üçün qürurvericidir:
"Paşinyan isə bu ba barədə sərsəmləmələri ilə özünü biabır edir, populist çıxışlarla gündəmdə qalmaq istəyir. Birincisi, Paşinyanın oğlunun adı Dağlıq Qarabağdakı hərbi hissələrin birində getsə də, məlumata görə, onun övladı həmin hərbi hissədə olmur, daim Xankəndi ərazisində gəzir. Sadəcə Paşinyan bu faktı əlində bayraq tutaraq şou göstərir. O, sadəcə gündəmdə qalmaq, özünü vətənpərvər göstərmək üçün oğlunu Qarabağa hərbi xidmətə göndərib. İkincisi, Paşinyandan soruşmaq lazımdır ki, o və övladı Ermənistan vətəndaşı olduğu halda, hansı əsasla övladını Ermənistanda deyil, Dağlıq Qarabağa, başqa ölkənin ərazisinə hərbi xidmətə göndərir? Onun bu hərəkətinin özü beynəlxalq hüquq normalarına ziddir, danışıqlar prosesini yubadan bir addımdır. Paşinyan öz övladını siyasi alətə çevirib. Belə çıxır ki, bu şəxs öz oğlunu da siyasətə qurban verir, öz övladı ilə siyasi alver edir. Bu yolla özünü ermənilərə vətənpərvər göstərmək istəyir, amma o buna heç cür nail ola bilməyəcək".
T.Kərimli bildirib ki, son vaxtlar N.Paşinyan sarsaq çıxışlar edərək Azərbaycana söz atır, ölkənin daxili işinə qarışmaq istəyir: "Belə bəyanatlar vermək onun öz gücü daxilində mümkün deyil. İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir. Ermənistan isə hələ də Rusiyanın kölgəsində yaşayır".



"Bu məsələ Ermənistan üçün təhlükəlidir"-Millət vəkili
Tahir Kərimli:“Prezident İlham Əliyevin nüfuzu burada da özünü göstərdi”
Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərməyib?
“Paşinyan papağını qabağına qoyub düşünsün, papağı varsa təbii” - Elman Nəsirov
Paşinyanın oğlunu Qarabağda döydülər- SƏBƏB?
Bakı hərbi gücü ilə Paşinyanı buna məcbur etdi - MİLLƏT VƏKİLİ
Paşinyanın oğlunu ön cəbhəyə göndərməyinin SİRRİ
Paşinyan Qarabağda əsgər oğluna baş çəkdi
"Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir" - Politoloq
Erməni ordusu Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 noyabradək...
Paşinyan Əliyevin andiçmə mərasiminə gələ bilər?
İrəvan Paşinyana QARŞI: istefası tələb edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 